"Yaz xəstəlikləri" nəyə deyilir? – Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksiyon xəstəliklərdə gətirir. Bu sahədə həssas qruplar daha çox risk altındadır.
Bu qruplara yaşlı şəxslər, eyni zamanda, uşaqlar aid edilir.
Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə "yaz xəstəlikləri" deyirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı danışan tibb elmləri namizədi, professor Adil Qeybulla bildirib ki, baharda, adətən, orqanizm oyandığı üçün xəstəliklərin baş qaldırması da normaldır:
"Əvvəla, yaz fəslində orqanizmin, bir növ, stimullaşması baş verir. Yəni sadə dillə desək, orqanizm oyanır. Bu, Günəş istisinin artması və iqlimin isinməsi ilə bağlıdır. Müəyyən xəstəliklərin də baş qaldırması təsadüfi deyil. Xüsusən, yaz aylarında mədə xorası və qastritin kəskinləşməsi, sinir sistemi və allergik xəstəliklərin artması müşahidə olunur.
Bəzi allergik reaksiyaları olan insanlar da bu aylarda daha diqqətli olmalıdır. Çünki orqanizmdə müxtəlif çiçəklərin, bitkilərin qoxularına, havada uçan bitki hissəciklərinə qarşı reaksiyalar ola bilər".
Professor bu aylarda bəzi xəstələrin xüsusən daha diqqətli olmalı olduğunu qeyd edib:
"Bu fəsildə hər bir şəxs öz xəstəliyini bildiyinə görə, həkimi ilə məsləhətləşib müəyyən profilaktik və predentiv tədbirlər görməlidir. Mədə xorası olan xəstələr vaxtında müalicə alıb, dərmanlarını mütəmadi və vaxtı-vaxtında atmalıdır. Nevroloji xəstələr həkim məsləhəti əsasında müəyyən tədbirlər görrməlidir. Bütün bu profilaktik tədbirlər mövsümi adlandırdığımız xəstəlikləri xeyli azalda bilər".
(Yenisabah)
Turlar.az [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var