Yazın ən şanslı bürcləri açıqlandı - Milyonluq fürsət, sevgi və səyahət
2026-cı ilin yaz ayları bəzi bürclər üçün xüsusilə uğurlu və dönüş nöqtəsi kimi qiymətləndirilir.
Xarici astroloqların proqnozlarına görə, mart, aprel və may aylarında planetlərin mövqeyi bir sıra bürclərə maliyyə qazancı, sevgi münasibətlərində ciddiləşmə və səyahət imkanları vəd edir.
azxeber.com xəbər verir ki, ən şanslı 3 bürc aşağıdakılardır:
Qoç bürcü
Astroloqların fikrincə, yaz aylarında Qoçlar üçün yeni başlanğıclar dövrü başlayır. Bu bürcün nümayəndələri üçün əlavə gəlir mənbələri, yeni iş imkanları yarana bilər. Eyni zamanda sevgi həyatında da ciddi addımlar, hətta evlilik ehtimalı yüksək qiymətləndirilir. Səyahət planlarının da reallaşması gözlənilir.
Əkizlər bürcü
2026-cı ilin yazı Əkizlər üçün gözlənilməz uğurlar gətirə bilər. Xüsusilə qəfil gələn təkliflər, yeni tanışlıqlar və maliyyə imkanları diqqət çəkir. Astroloqlar bu dövrdə Əkizlərin sosial çevrəsinin genişlənəcəyini və romantik münasibətlərin sürətlə inkişaf edəcəyini bildirirlər. Səyahət baxımından da aktiv bir mövsüm gözlənilir.
Şir bürcü
Şir bürcü üçün isə 2026-cı il ümumilikdə uğurlu hesab olunur, yaz ayları isə bu yüksəlişin başlanğıcı kimi dəyərləndirilir. Maliyyə baxımından artım, karyerada irəliləyiş və diqqət mərkəzində olmaq ehtimalı yüksəkdir. Sevgi həyatında ciddi münasibətlər və evlilik şansı da ön plana çıxır. Bundan əlavə, komfortlu və maraqlı səyahətlər üçün imkanlar yaranır.
Astroloqlar qeyd edir ki, bu dövrdə digər bürclər də müəyyən sahələrdə uğur əldə edə bilər. Lakin Qoç, Əkizlər və Şir bürcləri 2026-cı ilin yazında ən şanslı və "bəxti açılan" bürclər kimi önə çıxır.
/Baku.ws
Turlar.az [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib