Yazırlar ki, guya mən qorxmuşam' - Namiqdən açıqlama
Bir neçə gündür toylardan birində səhnədə rəqs edən şəxsin Xalq artisti Aygün Kazımovanın üzərinə getdiyini əks etdirən görüntülər müzakirələrə səbəb olub.
azxeber.com xəbər verir ki, videoda ən çox tənqid edilən isə meyxanaçı Namiq Qaraçuxurlu olub. Belə ki, izləyicilər Qaraçuxurlunun həmin anda Kazımovaya yardım etməməsini pisləyib.
Məsələ ilə bağlı meyxanaçı paylaşım edərək baş verənlərə aydınlıq gətirib:
"Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir. Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi.
Belə bir adamı sosial şəbəkələrdə az qala "terrorist "ediblər. Və guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan "orada dava gedir" ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər.
Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm.
Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm. Kaş ki taleyiniz belə olmazdı.Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram.
Və sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin".
///Axşam.az

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib