Yeganə partiyayıq ki, Naxçıvandakı seçkilərdə də iştirak edəcəyik' - Mətləb Aslanov
"Biz partiya tərəfindən namizədliyimizi elan edəndə hələ Yeni Azərbaycan Partiyası (YAP) öz siyahısını açıqlamamışdı. Mən əvvəl 6 saylı Culfa-Babək seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Lakin sonra bu dairə dəyişdiyinə görə, hazırda 6 saylı Ordubad-Culfa seçki dairəsindən namizədliyim qeydə alınıb".
Bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiya sədrinin köməkçisi, partiyanın idarə heyətinin üzvü Mətləb Aslanov 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində namizədliyinin qeydə alınmasına münasibət bildirərkən deyib.
M. Aslanov qeyd edib ki, Vüqar Rəhimzadə ondan sonra seçkilərə qoşulub:
"Mən sırf Vüqar Rəhimzadə namizəd olacaq deyə öz namizədliyimi irəli sürməmişəm. O, məndən sonra həmin seçki dairəsinə qoşulub. Məndən öncə həmin dairədə nə kiminsə imza vərəqələri, nə də qeydiyyatı var idi. Təbliğat-təşviqat prosesinin başlamasına az müddət qalıb. Təxminən 9-12 avqust tarixlərində bu prosesə start veriləcək".
Partiya sədrinin müavini bildirib ki, o, həmçinin Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə də iştirak edəcək:
"Mən eyni qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə də iştirak edəcəm. Ölkədə yeganə partiyayıq ki, həmin seçkilərdə də təmsil olunacayıq. Orada partiya adından 40 saylı Saltax seçki dairəsindən namizəd olmuşam. Vəsiqəm də bu yaxında veriləcək".
Mikayıl Mirzəzadə

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov