Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın 'Customer Tech Conference 2026' tədbiri keçirilib - FOTOLAR
İnnovativ bankçılıq həlləri ilə seçilən Yelo Bank, artıq dördüncü dəfə Mastercard-ın təşkilatçılığı ilə keçirilən "Customer Tech Conference" tədbirinə ev sahibliyi edib.
Yelo Bank-ın baş ofisində keçirilən konfrans, ölkənin bank sektorundan 50-dən çox rəhbər və mütəxəssisi bir araya gətirərək rəqəmsal ekosistemin gələcəyini müzakirə etmək üçün unikal platformaya çevrilib.
Builki konfransda ən son texnoloji trendlər və tətbiqi gözlənilən yeniliklər diqqət mərkəzində olub. Tədbir iştirakçıları maliyyə xidmətlərini daha sürətli və təhlükəsiz edəcək aşağıdakı strateji mövzular ətrafında fikir mübadiləsi aparıblar:
• 2026-cı ilin ikinci rübü üçün Mastercard-ın qlobal texnoloji relizləri və onların yerli bazara inteqrasiyası;
• Ödənişlərin fərqli vasitəçilər və geniş şəbəkələr üzərindən aparılmasını təmin edən Agent Pay imkanları;
• İctimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi və tətbiq olunan müasir tranzit modelləri;
• Kiber-təhlükəsizlik, fırıldaqçılıqla mübarizə və müştəri məlumatlarının süni intellektlə qorunması həlləri.
Yelo Bank maliyyə sektorunun inkişafına təkan verən bu cür qlobal təşəbbüsləri dəstəkləməyə və innovasiyaların mərkəzində olmağa davam edəcək.
Debet kartı əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





/ azxeber.com

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu