Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTO

Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOHər il 1,3 milyard tona yaxın ərzaq zibil qutularına atılır və onların böyük hissəsi zibil poliqonlarına gedib çıxır. Bu, nəinki ətraf mühitə ziyan vurur, eyni zamanda, iqlim dəyişməsinə də mənfi təsir göstərir.
Hazırda planetimizdə təxminən 820 milyonu aclıq çəkir.
Nyu-Yorklu aşpaz Max La Manna hesab edir ki, bu ağılsız israfçılıq insanlığın qarşısında duran əsas problemlərdən biridir.
Hətta Manna bu haqda "Daha çox bitki, daha az zibil" ("More Plants, Less Waste") adlı kitab da yazıb.
Milli.Az bildirir ki, O, BBC-yə müsahibəsində hər birimizin bu problemlə bağlı nə iş görə biləcəyini deyib.
"Atam aşpaz olduğu üçün yemək hələ uşaqlıqdan həyatımın vacib hissəsi olub. Valideynlərim mənə yeməyi atmamağı öyrədiblər", - o vurğulayır.
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYemək israfı insanlığın qaşısında duran əsas problemlərindən biridir. Ərzağın təxminən üçdə biri ya sahələrdə çürüyür, ya da zibilə atılır.
Amma israf edilən təkcə yemək deyil. Pul, su, enerji, torpaq və nəqliyyat da boşuna sərf edilir.
Siz yemək atırsınızsa, bu, iqlimin dəyişməsinə də təsir edir, çünki tullantıların böyük hissəsi poliqona atılır və orada çürüyərək atmosferə metan qazı buraxır.
Bütün ərzaq məhsullarını müstəqil bir ölkə kimi təsəvvür etsək, istixana qazlarının həcmi baxımından ABŞ və Çindən sonra üçüncü yeri tutar.
Amma siz bununla mübarizə apara bilərsiz.
Düzgün alış-veriş edin
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOİnsanların böyük əksəriyyəti həddindən artıq çox ərzaq alır
Biz əksər hallarda lazım olduğundan daha çox ərzaq alırıq.
Mağazaya getməzdən əvvəl bizə olan ərzaqların siyahısını tutmaq və artıq şeylər almamaq lazımdır.
Bundan başqa, yalnız aldığınız ərzaqları tam işlədib qurtarandan sonra təkrar mağazaya getməlisiniz.
Ərzaqları necə saxlamaq lazımdır?
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOƏrzağı saxlama qaydalarına əməl etməyəndə, o, tez xarab olur.
Çox adam hansı ərzaqları soyuducuya qoymaq lazım gəldiyini bilmir. Nəticədə meyvə və tərəvəzlər çürüməyə başlayır və sonra da zibil yeşiyinə atılır.
Kartof, soğan, pomidor, sarımsaq və xiyarı soyuducuya yığmağa ehtiyac yoxdur, onları otaq temperaturunda da yaxşı qalır.
Göyərtini isə su dolu qabda saxlamaq olar.
Üst-üstə aldığınız çörəyin artığını dondurucuya qoyun.
Supermarketdə və ya hər hansı başqa mağazada görünüşü çox gözəl olmayan, ancaq dadı digərlərindən heç də fərqlənməyən meyvə və tərəvəzləri alın. Ancaq çox adam görünüşə önəm verdiyi üçün onlar satılmamış qalır və zibilə atılır.
Və əgər imkanınız varsa, təzə meyvələri fermerlərdən və ya yarmarkalardan alın.
Yeməyin qalanını soyuducuya qoyun
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYeməyin artığı da faydalıdır.
Tez-tez yemək bişirirsizinizsə və həmişə artıq yeməyiniz qalırsa, həftənin bir gününü ayırıb onları soyuducudan çıxarın - ya o şəkildə yeyin, ya da onlardan yeni bir yemək hazırlayın.
Beləcə qalıq yeməklər zibilə atılmaz və siz həm vaxtınıza, həm də pulunuza qənaət etmiş olarsız.
Dondurucunu unutmayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOMeyvə-tərəvəzi və əti dondurucuda uzun müddət saxlamaq olar
Ən yaxşısı ərzağı dondurucuda saxlamaqdır.
Məsələn, yumşalaraq salat üçün yararsız hala gəlmiş tərəvəzləri dondurmaq, sonra da onlardan kokteyl və ya başqa bir şey hazırlamaq olar.
Göyərtiniz çoxdursa, buz qabına yerləşdirib üstünə su tökün və dondurucuya qoyun. Sonra onları ya qızarda, ya da başqa bir yeməkdə istifadə edə bilərsiniz.
İstənilən yeməyin, hətta şorbanın da qalığını dondurucuya qoymaq olar. Beləcə hər zaman sadəcə qızdırılması lazım gələn hazır yeməyiniz olacaq.
İşə yemək aparın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOƏn dadlı yemək ev yeməyidir
Ofisdən çıxıb iş yoldaşlarınızla nahar yeməyinə getmək xoşdur, xüsusilə də çox bəyəndiyiniz bir restorana. Amma bu, əlavə xərc və yemək israfı deməkdir.
Ən yaxşısı yeməyi evdən aparmaqdır. Bunun üçün səhərlər nəsə hazırlamağa vaxtınız yoxdursa, dondurucuda qalıb öz vaxtını gözləyən yeməklərdən birini götürün.
Bulyonlar hazırlayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYemək artıqlarından bulyon hazırlamaq olar.
Tərəvəzləri və istifadə edilmədən qalmış hər nə varsa, hamısını qızardın və ya isidin. Ardınca qazana qoyub zeytun və ya kərə yağı əlavə edib, su və sevdiyiniz ədvaları da tökməklə vam odda bişirin.
Sonra da öz yaradıcılığınızdan zövq alın.
Gübrə hazırlayın
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOGübrə ərzaq artıqlarından ekologiyaya və təbiətə ziyan vurmadan xilas olmaq üçün çox yaxşı üsuldur.
Bunu evin baxçasında etmək daha rahatdır, amma hamı həyəti olan evdə yaşamır. Bununla belə, gübrəni adi şəhər mənzilində də hazırlamaq mümkündür. O, otaq bitkilərinin inkişafı üçün əla vasitədir.
Addım-addım irəliləyin
Yemək artıqlarını atmağı necə tərgitməli: 7 məsləhət - FOTOYeyinti artıqlarını azaltmağın yolları çoxdur və bunu hər birimiz edə bilərik.
Ailənizin gün ərzində nə qədər ərzaq atdığı barədə düşünsəniz, situasiyanı yaxşılığa doğru dəyişə bilərsiz və çox qiymətli təbii resursların qorunmasına öz töhfənizi vermiş olarsız.
Ərzaq alış-verişinə, onları hazırlama və istifadə vərdişlərinizə minimum dəyişikliklər etməniz belə ətraf mühiti müdafiəyə kömək edər. Bu, heç də mürəkkəb məsələ deyil.
Çox az əmək sərf etməklə, siz zibilə atdığınız yeməyin, sərf etdiyiniz pulun və zamanın miqdarını xeyli dərəcədə azalda və təbiətə kömək etmiş olarsız.
Milli.Az /news.milli.az

Sağlamlıq     Baxılıb: 622   Tarix: 05 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Qaraciyəri toksinlərdən təmizləyir - Çayın içinə 1 ədəd əlavə edin

Soyuq havalarda həm orqanizmi isidən, həm də immuniteti gücləndirən təbii möcüzələrdən biri – mixəkdir. Kiçik ölçüsünə baxmayaraq, bu ədviyyat həm xoş ətiri, həm də sağlamlığa çoxsaylı faydaları ilə seçilir. Mütəxəssislə

Bu spirtdən istifadə edənlərə XƏBƏRDARLIQ: Xərçəng yaradır...?

Avropa Kimya Agentliyi (ECHA) etanolu (etil spirti) kanserogen kimi təsnif etməyi planlaşdırır. Bu barədə "Financial Times" məlumat yayıb. Bildirilir ki, oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxil

Süd mədə ağrısına faydalıdırmı? - Həkim

Mədə yanması və qastritin müalicəsi üçün süd içmək faydalı vasitə deyil.   -a istinadən xəbər verir ki, idman həkimi Aleksandra Çistyakova xalq arasında olan inancdan danışıb. O qeyd edib ki, süd içməyin mədə ağrısını azaltdığın

Görmə qabiliyyətini itirənlər bu kəşf sayəsində görə biləcəklər

Londondakı Moorfields Göz Xəstəxanasında həyata keçirilən beynəlxalq tibbi sınaq çərçivəsində görmə qabiliyyətini itirmiş bir qrup pasiyentə göz dibinə implant yerləşdirildikdən sonra onlar yenidən oxumağı və yazmağı bacarıblar

İsti çay və şorbaların fəsadı – Xərçəng YARADA BİLƏR

Acılı və qaynar qidalara sevgi xərçəngə səbəb ola bilər. -a istinadən xəbər verir ki, onkoloq Maqomed Sulimanov niyə isti çaydan çəkinməli olduğumuzu izah edib. O qeyd edib ki, mədə və qida borusu xərçəngi dəhşətli onkoloj

Beynin gücünü artıran 6 super qida

Tədqiqatçılar beyin fəaliyyətini stimullaşdıran və onu oyaq saxlamağa kömək edən sağlam qidaların siyahısını tərtib ediblər. KONKRET. -a istinadən xəbər verir ki, alimlərin fikrincə, faydalı qida maddələrinin çatışmazlığ

Yuxu pozanız psixi sağlamlığınız haqqında nə deyir? - Həkimlərin CAVABI

İnsanın yuxuda yatdığı poza onun stres səviyyəsini və hətta emosional problemlərini dərhal müəyyən edə bilər. -a istinadən istinadən xəbər verir ki, böyürüstə yatmaq beynin tullantılardan təmizlənməsinə kömək edə bilər ki

Dəfnə yarpağının SİRLİ MÖCÜZƏLƏRİ

Dəfnə yarpağı əsrlər boyu həm mətbəxdə, həm də xalq təbabətində xüsusi yer tutan bitkilərdən biri olub. Ətirli qoxusu ilə yeməklərə fərqli dad qatan bu yarpaq əslində sağlamlıq üçün olduqca qiymətli təbii vasitə hesab olunur

Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görün

Tez yağlanan saçlar bir çox insan üçün gündəlik həyatda ciddi problemə çevrilir. Köpüklənən şampunlar müvəqqəti təmizlik hissi yaratsa da, saç dərisindəki artıq sebumu tamamilə aradan qaldıra bilmir. . -a istinadən xəbə


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri dunya xeberleri ən son xəbər xabar az