Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir

Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdirBirbank-ın Yeni il lotereyasının bitməsinə çox az qalıb. Artıq 3 000 000-a yaxın Birbanklı lotereyanın əsas mükafatı olan mənzili və minlərlə hədiyyəni qazanmaq şansına sahibdir. Elə indicə bu fürsəti dəyərləndirməyin vaxtıdır.
17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri arasında keçirilən lotereyada iştirak etmək üçün sadəcə Birbank debet, Birbank taksit və Birbank Star kartları ilə ödəniş etmək yetərlidir.
Ümumilikdə 10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər "iPhone 17 Pro", 20 nəfər "Apple Watch SE2", 40 nəfər "AirPods Pro", 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar qazanacaq. Lotereyanın superprizi olan Sea Breeze-də "Park Lane" yaşayış kompleksində yerləşən mənzilə isə 1 nəfər sahib olacaq.
Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini Birbank mobil tətbiqində "Yeni il lotereyası" bölməsində izləyə bilərlər. Daha çox ödəniş daha çox şans deməkdir.
Birbanklılar mobil tətbiq daxilində tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank mobil tətbiqində "Bizdən sizə" bölməsinə daxil olaraq "Yeni il lotereyası"na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış-veriş isə biletlərin sayını 10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.
Ətraflı məlumat üçün: www.b-b.az/nylpr/ 
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 14 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


yeni xeberler azerbaycan xeberleri son xeberler en sonxeber hava durumu sonxabar az havanın temperaturu