Yeni Klinika'nın sabiq direktoru məhkəmədən bəraət istədi

Yeni Klinika'nın sabiq direktoru məhkəmədən bəraət istədiBakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika" Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən Vüsalə Əliyevanın hamilə olması barədə vəkili tərəfindən verilən ərizəni nəzərə alaraq humanizm prinsiplərini əsas tutaraq ona şərti cəza verilməsini xahiş edib.
Bundan sonra təqsirləndirilən şəxslərə son söz verilib.
"Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov son sözündə özünü təqsirli bilməyib. P.Abbasov məhkəmədən ədalət istəyib.
"Hörmətli məhkəmə, ortada ağır bir ittiham var. İndi deyəcəyim sözlərin nə dərəcədə əhəmiyyətli olacağını bilmirəm. Amma özümü qətiyyən təqsirli hesab etmirəm. Verilən ittihamların mənimlə əlaqəsi belə yoxdur. İttiham üçün sübutlar lazımdır. Burada nişanlanmış pullar, telefon danışıqları və digər sübutlar ortaya qoyulmalı idi. Mənə verilən ittihamlarda bu sübutların heç biri yoxdur. Həbsdə olduğum müddətdə mənim maddələrimlə saxlanılan digər işlərlə tanış olmuşam, mənim cinayət işimdəki hala heç bir yerdə rast gəlmədim. İlk gündən ittiham necə başlayıbsa, son günə qədər də elə davam etdi. Bizim burada danışdıqlarımız heç nəyi dəyişmədi. Onu da deyim ki, mənim iş otağımda olan çəkiliş də yanlışdır. Orada məqsəd ictimaiyyəti çaşdırmaq olub, hamı düşünsün ki, bu yolun adamıdır. Burada mənimlə tutulan şəxslərin heç birinin çalışdığım müəssisə ilə əlaqəsi yoxdur. Bu günə qədər "Yeni Klinika" dan heç kim bura gəlməyib.
10 il iş istəyib, bu necə ola bilər? Heç məndən artıq maddələrlə həbs olunanlarda belə olmur. Uca məhkəmədən, uca bəraət istəyirəm", - deyə təqsirləndirilən şəxs bildirib.
Təqsirləndirlilən Samir Mirzəyev, Əvəz Hüseynov və Qalib Nəcəfov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarmasını xahiş ediblər.
Əvəz Hüseynov son sözündə son dərəcə peşman olduğunu və əməlinin cinayət hesab olunduğunu bilmədiyini bildirib. Təqsirləndirilən şəxs astma xəstəsi olduğu üçün məhkəmədən yüngül cəza istəyib.
Cinayət işi üzrə təqsirləndirilən Vüsalə Əliyeva səhhəti ilə bağlı olaraq son sözə hazır olmadığını bildirib.
Növbəti proses dekabrın 15-nə təyin olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı baş həkim P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Vüsalə Əliyevanın isə həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.
Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva "Avrasiya" klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsibdə çalışıb. Samir Mirzəyev isə işsiz olub.
Adı çəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.

Sosial       Tarix: 08 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı meherremlik 2026 sonxeber.az ən son xəbərlər