Yeni Klinika"nın sabiq direktorunun məhkəməsində vəkillər çıxış edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika" Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin (Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən S.Mirzəyevin vəkili müdafiə çıxışı edib.
O, müvəkkili barəsində ittihamları qəbul etmədiyini deyərək bildirib ki, S.Mirzəyev rüşvət ittihamı ilə yox, dələduzluq maddəsi ilə ittiham olunmalıdır.
Daha sonra təqsirləndiirlən V.Əliyevanın vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin hamilə olduğunu nəzərə alaraq barəsində həbs cəzasının verilməməsini istəyib.
Növbəti proses noyabrın 30-na təyin edilib.
Qeyd edək ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
///Report

Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
Mbappe Messini keçdi
Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
SEPAH bu ölkəyə ballistik raketlə hücum etdi
Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... – Dəhşətli qətlin TƏFƏRRÜATI
Azərbaycan üçün yeni imkanlar açılır – Avropa ilə milyardlıq əməkdaşlıq
Samuxda "MAZ" çaya aşdı - Ölən və xəsarət alanlar var
Ucuz generator almağın hansı riskləri var?
Sumqayıtda evdən cansız bədən TAPILDI
İqbal Ağazadənin hesabı oğurlandı, Ləman Ələşrəfqızı isə... - ŞOK DƏLƏDUZLUQ