Yeni məktəbli formaları indikilərdən baha olacaq - AÇIQLAMA
Yeni tədris ilinə iki aydan çox vaxt qalıb. Xeyli vaxt qalmasına baxmayaraq, yeni məktəbli formaları ilə bağlı anonslar insanlarda maraq doğurur. Əksəriyyət yeni formaların keyfiyyət və qiymətilə maraqlanır.
Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən "Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, hələ ki yeni məktəbli formalarının tikilişi üçün parça ölkəmizə gətirilməyib:
"Ona görə hələ qiyməti də deyə bilmirik. Xərcimiz bilinəndə qiyməti müəyyənləşdirə biləcəyik. Parçalar sifariş edilib, iyulun 25-nə kimi Azərbaycanda olmalıdır. Biz nümunə üçün istehsala başlamışıq. Amma parçalar gəldikdən sonra avqustdan intensiv tikilişlərə davam edəcəyik".
E.Əzimov qiymətlərin artacağını istisna etməyib:
"Builki parçalar daha keyfiyyətli olacaq. Geyimlər pambıqdan və yundan ibarətdir. Bu da təbii əvvəlki məktəbli formaları ilə müqayisədə qiymətin artmasına təsir edə bilər".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR