Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOYeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO
Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir.
İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd edək ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb. Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçıların görüşünə gəlir. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var.
Bəs kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?
Bununla bağlı "Kaspi" qəzetinin əməkdaşları maraqlı araşdırma aparıblar.
Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOÜç mövsüm ARB kanalı izləyicilərinin sevimlisi olan "Uçurum" serialı bu il  artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə gətirən yaradıcılardan biri – quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, reytinq cədvəlinə görə, ən çox izlənilən seriallardan biri olan "Uçurum"un  çəkilişləri artıq bir aydır ki, davam edir və efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: "Bu mövsümdə də yeni süjet xətti,  bir-birindən maraqlı hadisələr, obrazlarla tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini tapacaq. Ötən mövsümdən Sevda, Cənnət, Mədət, Nərminə, Aynur, Tofiq və digər sevilən  obrazlar qalsa da, yeni xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək".
Serialın daimi və yeni tamaşaçıları  "Uçurum"u həftə içi  dörd gün ARB kanalında izləyə biləcəklər.
Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında gedən  və tamaşaçı istəyi ilə üçüncü mövsümünə qədəm qoyan "Bir qadın" serialının da artıq çəkilişlərinə başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran "Bir qadın" serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda  Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr, daha fərqli xarakterlərlə efirdə olacaq.  Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən obrazların həyatında hansı dəyişikliklər olacaq? Kimin qarşısında yeni yollar, yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə "Bir qadın" serialında olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə içi dörd gün ATV kanalında yayımlanacaq.
Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında başqa bir yeni layihə  - "Gecə yarısı" da efirdə olacaq. "Gecə yarısı"nın quruluşçu rejissoru Kənan MM bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir.  Baş rolların ifaçısı Günəş Mehdizadə,  Tural Əhməd, Reşat Kəsəmənli, Rada Nəsibova və Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını ATV kanalında ekranlara çıxacaq "Gecə yarısı" serialını izləməyə dəvət edirik.  Efir vaxtı oktyabr ayına nəzərdə tutulan serial həftə içi bir gün yayımlanacaq.
Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Space" kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzlə səsləşən pandemiya mövzusunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn maraqlı, gülməli və eyni zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid Hüseynov və Elnur Hüseynov çəkilirlər. Serialın bir gün – həftə sonu yayımlanması nəzərdə tutulub.
Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Covid-19" pandemiyasının tüğyan etdiyi bir vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar çəkdikləri əziyyətə dəysin. İnsanların daha çox "evdə qal" çağırışı zamanı asudə vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziyalardı. İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə, serial izləməyə dəvət edirik.  Milli seriallara baxın, sağlam olun... /oxu.az

Maraqlı       Tarix: 05 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberleri son xabarlar son xeberler bugun 2026 canli xeber.az 2026