Yeni nazir təyin olunan Fərid Qayıbov kimdir? - DOSYE

Yeni nazir təyin olunan Fərid Qayıbov kimdir? - DOSYEXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu günimzaladığı sərəncama əsasən, Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyinedilib.
Azxeber.com yeni nazirin dosyesini təqdim edir:
Fərid Qayıbov 1995-сi ildəBakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il AzərbaycanRespublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetməİnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur.
1999-cu ildəBiznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldəetmişdir.
2003-2005-ciillərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrəmeneceri kimi fəaliyyət göstərmişdir.
2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Başmeneceri vəzifəsində çalışmışdır.
2006-cı ildəAGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibiseçilmişdir.
2006-2007,2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçıdirektoru vəzifəsini daşımışdır. 
2008-ci ildəBeynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17-19 oktyabr,Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008-2012-ciOlimpiya dövrü üzrə). 
2010-cu il25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinəyenidən seçilmişdir.
2012-ci ildəFIG-nin 79-cu Konqresində (25-27 oktyabr, Kankun, Meksika) yenidən həminqurumun Şura üzvü seçilmişdir.
2013-cü ildəPortoroj şəhərində (6-7 dekabr, Sloveniya) keçirilən Avropa Gimnastikaİttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinəseçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir.
2013-cü ildənMilli Olimpiya Komitəsinin (MOK) üzvüdür. 
2013 və2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədiigimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur. 
2014-2015-ciillərdə İlk Avropa Oyunlarına (Bakı-2015) test turniri xarakteri daşıyan 6gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli TəşkilatKomitəsində İcraçı Direktor vəzifəsini daşımışdır.
2015-ci il24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinəyenidən seçilmişdir.
2015-2016-cıillərdə Bakıda 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrəFIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə "Challenge" seriyasına aid), BədiiGimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIGDünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsinidaşımışdır. 
2016-2017-ciillərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və BeynəlxalqHakimlik Kursları, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları(2017), FIG Şurası (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsindəgimnastika yarışlarının yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsinidaşımışdır.
AvropaGimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı; Olimpiya Oyunlarının(Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlifgimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərininbaşçısı, 2014-cü ildən, 2017-ci ilə qədər gimnastika növləri üzrə AvropaÇempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinataəsasən).
2017-ci il1-2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastikaİttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində bu qurumunprezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Başkatibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də prezident səlahiyyətləriniicra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsininüzvüdür.

Siyasi       Tarix: 08 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


yeni xeberler son xeberler azerbaycan xeberleri dunyada son xeberler sonxəbər ən son xəbərlər bugün son xəbərlər