Yeni təhlükəli ştamla bağlı vətəndaşlara ÇAĞIRIŞ
"Koronavirusun yeni "Omikron" ştammı ilə bağlı hazırda təşvişə ehtiyac görünmür. Çünki daha əvvəl də "Delta", "Delta plus", "Alfa", "Beta" kimi mutasiyaya uğramış variantları ilə tanış olmuşuq. Heç bir mutasiyaya uğramış variantda öldürücülük və yoluxuculuq faizi (delta ştammı istisna olmaqla) ciddi bir fərqlənmə hiss olunmayıb, yüksək deyil".
Azxeber.com xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.
O, yeni ştammın dəqiq simptomları barədə fikir bildirməyin hələ tez olduğunu bildirib: "Klinik gedişatla əlaqədar araşdırmalar hələ yetərsizdir. Lakin yeni növün daha sürətlə yayılması ilə bağlı ön fikirlər var. Yoluxduruculuq indeksilə əlaqədar araşdırmalar başa çatmasa da, yoluxma sayında olan sıçrayışlar, sürətli artım rəqəmləri ştammın daha yoluxdurucu olduğuna şübhə yaratsa da, elmi olaraq sübut edilməyib".
Hazırkı vaksinlərin yeni mutasiyaya qarşı effektli olmasına münasibət bildirən Mərkəzin baş infeksionisti əlavə edib ki, hər bir peyvənd insanları ağır xəstəlik hallarından və ölümdən 90 faiz qoruyur: "Bu qoruyuculuq "Omikron" ştammına da aid edilə bilər".
Qeyd edək ki, mütəxəssislər yeni ştammın simptomlarını güclü yorğunluq, sürətli ürək döyüntüsü, yüksək hərarət kimi qiymətləndiriblər. Yeni ştamm özündə 32 mutasiyanı birləşdirir və bu səbəbdən təhlükəli sayılır.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR