Yeni tikilmiş binalarda ev alanları gözləyən sürpriz

Yeni tikilmiş binalarda ev alanları gözləyən sürprizYeni tikililərdən mənzil alan vətəndaşların bir hissəsi sonradan müxtəlif problemlərlə üzləşdiklərini bildirirlər. Bu problemlər tikintinin keyfiyyətindən tutmuş sənədləşmə, layihə dəyişiklikləri, parking çatışmazlığı və idarəetmə məsələlərinə qədər uzanır. Bəs yeni binalarda sakinlərin ən çox qarşılaşdığı problemlər hansılardır və bu narazılıqların əsas səbəbləri nədən qaynaqlanır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti şirkətlərinin adlarını çəkməyəcəyik, çünki bu, qara PR kimi qiymətləndirilə bilər:
"Birinci əsas məsələ tikintinin keyfiyyətidir. Söhbət ondan gedir ki, bəzi tikinti şirkətləri və investorlar xərcləri azaltmaq üçün daha aşağı keyfiyyətli materiallardan istifadə edirlər. Təəssüf ki, bu materialların monitorinqi kifayət qədər aparılmır və bir çox hallarda məsuliyyət sahibkarın vicdanına buraxılır. Sevindirici haldır ki, indiyədək ciddi faciələrlə üzləşməmişik. Lakin hər hansı təbii fəlakət baş verərsə, bu problemlər həm dövlət büdcəsinə, həm də vətəndaşların təhlükəsizliyinə ciddi zərər vura bilər. Sementin, digər tikinti materiallarının keyfiyyəti, dam örtüyü, liftlərin daha ucuz və keyfiyyətsiz avadanlıqlarla əvəz olunması bu problemlərin əsas hissəsidir. Unutmaq olmaz ki, ucuz materiallardan istifadə son nəticədə keyfiyyətli işin görülməsinə mane olur. Digər mühüm problem mənzil sahəsinin fərqli göstərilməsidir. Vətəndaş tikinti şirkətindən 100 kvadratmetr mənzil alır, lakin sonradan çıxarışda sahə 80-85 kvadratmetr göstərilir. Bu isə ciddi narazılıqlara səbəb olur". 
O deyib ki, üçüncü problem vətəndaşa təqdim olunan layihədən fərqli nəticənin ortaya çıxmasıdır:
"Məsələn, vətəndaş 15 mərtəbəli bina layihəsində yuxarı mərtəbədən mənzil alır, lakin sonradan layihəyə əlavə mərtəbələr daxil edilir və bina 20 mərtəbəyə çatdırılır. Bəzən sakinlərə qarşı tərəfdə park salınacağı vəd edilir, amma sonradan həmin ərazidə əlavə bina tikilir. Nəticədə həm mənzərəyə maneə yaranır, həm də ərazidə sıxlıq artır. Bu sıxlıq özünü avtomobil hərəkətində və digər sahələrdə də göstərir.
Parking problemi də vətəndaşları narahat edən əsas məsələlərdəndir. Tikinti sıxlığı ilə müqayisədə parking yerlərinin az olması, bəzi hallarda həmin yerlərin kənar şəxslərə satılması və ya icarəyə verilməsi sakinləri avtomobillərini daha uzaq ərazilərdə saxlamağa məcbur edir. Bu da ciddi narahatlıq yaradır.
Digər problem arakəsmə divarların nazik olmasıdır. Söhbət daşıyıcı divarlardan deyil, otaqları ayıran divarlardan gedir. Bəzi hallarda səs izolyasiyası o qədər zəif olur ki, qonşu mənzildə baş verən adi məişət səsləri belə eşidilir. Bu da yaşayış rahatlığına mənfi təsir göstərir. Tikinti prosesinin gecikdirilməsi də əsas problemlərdəndir. Bundan başqa, bina istifadəyə verildikdən sonra idarəetmənin yenə tikinti şirkətinin nəzarətində qalması da müzakirə olunan məsələlərdəndir. Bəzən şirkət yeni MMC yaradaraq binanın idarə edilməsini davam etdirir. Bu isə şəffaflığın azalmasına səbəb olur.
Dünya təcrübəsində daha çox sakinlərin təşkilatlanaraq idarəetmədə iştirak etməsi və ya peşəkar idarəetmə şirkətlərinin fəaliyyət göstərməsi üstünlük təşkil edir. Düşünürəm ki, zaman keçdikcə sırf bina idarəçiliyi ilə məşğul olan peşəkar şirkətlər formalaşmalıdır. Hər bina üzrə həmin şirkətlə sakinlər arasında müqavilə bağlanmalı və illik hesabatlar təqdim edilməlidir ki, şəffaflıq təmin olunsun.
Bu problemlərlə yanaşı, sənədləşmə məsələləri də xüsusi qeyd olunmalıdır. Bir çox hallarda binalar normativ tələblərə cavab vermədiyi üçün aidiyyəti dövlət qurumları tərəfindən qəbul edilmir və nəticədə sakinlər çıxarış ala bilmirlər. Bu da ən çox narazılıq doğuran məsələlərdən biridir. Bir məqamı da əlavə etmək istərdim. Komendant pulu və ya aidiyyəti xidmət haqları ilə bağlı şikayətlər kifayət qədər çoxdur. Əsas problem həmin ödənişlərin necə hesablanmasının sakinlərə izah edilməməsidir. Əslində əvvəlcə binanın aylıq saxlanılması üçün tələb olunan xərclər müəyyən edilməli, daha sonra bu rəqəm illik hesablanmalıdır.
Mühafizə, sanitariya, abadlıq, yaşıllıq sahələrinin saxlanılması, tullantıların daşınması, liftlərin xidməti və digər xərclər nəzərə alınmalıdır. Bundan sonra idarəedici şirkətin mənfəəti də hesablamaya əlavə edilməli və yekun məbləğ binanın ümumi sahəsinə bölünərək hər mənzil üçün kvadratmetrə uyğun şəkildə müəyyənləşdirilməlidir. Bu zaman həm xidmətlərin maliyyələşdirilməsi təmin olunur, həm də ödənişlərin əsaslandırılması mümkün olur",- deyə o qeyd edib. / azxeber.com

Sosial       Tarix: 19 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən şad xəbər ən son xeberler hava proqnozu