"Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər"

"Yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər"Azərbaycanda tətbiq edilən xüsusi və müvəqqəti vergi rejimi nəticəsində pandemiya və post-pandemiya dövründə sahibkarlar vergi güzəştlərindən istifadə edə biləcəklər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, vergi güzəştləri yalnız pandemiya deyil, ilin sonuna qədər dövrü əhatə edəcək:
"Bu da imkan verəcək ki, sahibkarlar daha uzun müddətli dövürdə həmin güzəştlərdən faydalana bilsinlər. Vergi güzəştlərinin tədbiqi iqtisadi baxımdan çox vacib idi. Bu, dövlətin sahibkarla böyük dəstəyi kimi xarakterizə olunur, çünki nəticə etibarı ilə dövlət post-pandemiya dövründə sahibkarlara yalnız güzəştli kreditlər, digər istiqamətlər üzrə güzəştlər deyil, eyni zamanda təşviq paketi olaraq vergi dərəcələrinin endirilməsi yolu ilə də dəstək olur.
Bu da təbii ki, onların xərclərinin azaldılması və investisiya imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur. Nəticədə təbii ki, yeni vergi rejimində sahibkarlar daha az vergi ödəməklə xərclərinə qənaət edəcəklər ki, bu da onların sərmayə qoyuluşu imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq.
Bu, eyni zamanda, post-pandemiya dövrünün iqtisadi aktivliyinin daha da tez bərpa edilməsi, ümumi daxili məhsuldakı pozitiv trendin qorunub saxlanmas baxımından vacibdir".
Deputat bildirib ki, Azərbaycan 2020-ci ilin dörd ayının yekunlarına əsasən, ÜDM-dəki artım tempini qoruyub saxlayıb:
"Belə ki, ÜDM-də 0.2 faiz, qeyri-neft sektorunda isə 16 faiz artım qeydə alınıb. Praktik olaraq Azərbaycan pandemiya dövründə iqtisadi artımı qoruyub saxlaya bilən az sayda ölkələrdən biridir. Ona görə də, güzəştlərin tətbiq edilməsi həm də post pandemiya dövrü üçün strateji bir yanaşmanı nümayiş etdirir.
İqtisadi paketin də özəlliyi ondan ibarət idi ki, paket yalnız pandemiya dövründə koronavirusun sahibkarlara zərərinin minimallaşdırılması deyil, eyni zamanda post-pandemiya dövründə sahibkarların yaxından dəstəklənməsini özündə ehtiva etmişdi. Bu da onu deməyə imkan verir ki, sahibkarlar fəaliyyətlərini daha tez bərpa etmək və iqtisadi artımda iştiraklarını genişləndirmək imkanı əldə ediblər".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 03 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir


yeni xeberler son xeberler azerbaycan xeberleri zelzele valyuta mezennesi 2026 cəbhədən son vəziyyət son xeberler bugun 2026 muharibe