Yerə doğru buynuzlu "Şeytan kometası" gəlir - FOTO

Yerə doğru buynuzlu Yerə doğru buynuzlu "Şeytan kometası" gəlir - FOTO
Diametri 30 kilometr olan "12P/Pons-Brooks" kometası Yerə yaxınlaşarkən qısa müddətdə ikinci dəfə partlayıb.
İlk partlayış 2023-cü il iyulun 20-də baş verib, bu zaman kometa birdən-birə əvvəlkindən 100 dəfə daha parlaq alovlanıb və kənarlardan iki "buynuz" buraxıb. Bu hadisəni yaxından müşahidə edən bəzi astronomların fikrincə, bu buynuzlar kometanı şeytana bənzədib. Digərləri isə kometanın "Ulduz döyüşçüləri" filmində "Minilliyin şahini" ("Millenium Falcon") kosmik gəmisinə bənzədiyini iddia edib.
"12P/Pons-Brooks" kometasında nələrin baş verdiyi tam aydın deyil. Ən ağlabatan fərziyyəyə görə, kometada kriovulkanlar - buz vulkanları var və çox güman ki, "səma səyyahı" buzludur, ən azından qismən.
Hələ SSRİ Elmlər Akademiyasında qəbul edilmiş rəsmi versiyaya görə, eyni dərəcədə buzlu, lakin daha kiçik ölçülü bir cisim 30 iyun 1908-ci ildə Sibir tayqası üzərində partlayıb (Tunqusska hadisəsi). Hava partlayışı iki min kvadrat kilometrdən çox ərazidə on milyonlarla ağacı məhv edib.
Bu halda 30 kilometr diametrli "12P/Pons-Brooks" kometasının daha çox problem yarada biləcəyi ehtimal edilir ki, bunu təsəvvür etmək belə qorxuncdur. Lakin astronomların fikrincə, göy cismi Yer istiqamətində uçsa da, 144 milyon kilometr məsafədə Yerin yanından keçəcək. Bu da 2024-cü ilin iyununda baş verəcək. Təbii ki, "buynuzlu şeytan" və ya "Minilliyin şahini" bu müddətdə düz bizə tərəf yönünü dəyişməsə. Hazırkı "cazibə qüvvəsi" kometanı saatda 100 mindən 250 min kilometrə qədər sürətləndirib.
Təəssüf ki, təkcə sürətini deyil, həmçinin trayektoriyasını da gözlənilmədən dəyişən kometalar olub.
"12P/Pons-Brooks" 2024-cü ilin aprelində Günəşə ən yaxın məsafədə olacaq. O böyük ulduz kimi parlayacaq və müşahidəçilər kometanı adi gözlə görə biləcəklər.
"12P/Pons-Brooks" orbiti elliptikdir. Əgər "Buynuzlu şeytan" təhlükəsiz halda uçarsa, növbəti dəfə 2095-ci ildə yenidən qorxutmağa başlayacaq.
Yerə doğru buynuzlu Yerə doğru buynuzlu Yerə doğru buynuzlu Yerə doğru buynuzlu Yerə doğru buynuzlu Yerə doğru buynuzlu Mənbə: KP.ru / oxu.az

Maraqlı       Tarix: 11 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri