Yerin yaxınlığından kiçik asteroid keçəcək: Virtual teleskopla izləmək mümkün olacaq
Yerin yaxınlığından kiçik asteroid keçəcək: Virtual teleskopla izləmək mümkün olacaq
Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib.
"2023 BU" asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər.
Qeyd edək ki, bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddəbiri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, "2023 BU" asteroidi Yerin son dərəcə yaxınından, amma təhlükəsiz şəkildə keçəcək. Ümumilikdə isə, əsasən, diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir.
Asteroidin hərəkətini izləmək üçün Virtual teleskop keçidindən istifadə edə bilərsiniz. Keçid üzərindən canlı yayım 26 yanvar saat 23:15-də başlayacaq. / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR