Yerli bazarda qlobal yanaşma: TGS AZERBAİJAN TİMP MMC audit və vergi xidmətləri təqdim edir

Yerli bazarda qlobal yanaşma: TGS AZERBAİJAN TİMP MMC audit və vergi xidmətləri təqdim edir2022-ci ildə fəaliyyətə başlayan TİMP MMC qısa müddət ərzində audit, vergi və mühasibat uçotu sahəsində peşəkar yanaşması, beynəlxalq standartlara əsaslanan xidmət modeli və etibarlı tərəfdaşlıq prinsipləri ilə yerli biznes mühitində seçilən şirkətlərdən birinə çevrilib. Şirkət 2025-ci ildə dünyanın 60-dan çox ölkəsində üzvləri olan "TGS Global" beynəlxalq biznes şəbəkəsinin Azərbaycandakı yeganə müstəqil üzvü olduqdan sonra fəaliyyətini TGS AZERBAİJAN TİMP MMC adı altında davam etdirməyə başlayıb.
Yerli bazarda qlobal yanaşma: TGS AZERBAİJAN TİMP MMC audit və vergi xidmətləri təqdim edirQlobal miqyasda geniş təmsilçiliyə malik şəbəkənin üzvü olmaq TGS AZERBAİJAN TİMP MMC-yə beynəlxalq səviyyədə sınaqdan keçirilmiş metodologiyaları, müxtəlif sahələr üzrə qabaqcıl təcrübələri və müasir yanaşmaları Azərbaycan bazarına inteqrasiya etmək imkanı yaradıb ki, bu da şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətinə və etibarlılığına birbaşa təsir göstərir. Eyni zamanda, şirkət Azərbaycan Respublikasında audit fəaliyyətini tənzimləyən və nəzarət edən əsas dövlət qurumu olan Auditorlar Palatası tərəfindən 24 oktyabr 2025-ci il tarixində verilmiş AT/252 qeydiyyat nömrəli icazə əsasında audit fəaliyyəti göstərmək səlahiyyətinə malikdir.
TGS AZERBAİJAN TİMP MMC audit, vergi və mühasibat uçotu sahələrində göstərdiyi xidmətlər vasitəsilə tərəfdaşlarının maliyyə hesabatlılığının şəffaflığını, düzgünlüyünü və beynəlxalq tələblərə uyğunluğunu təmin etməyi əsas prioritet kimi müəyyən edib. Şirkətin yerli bazarda fərqləndirici cəhətlərindən biri təqdim edilən audit xidmətlərinin yalnız uyğunluq yoxlaması ilə məhdudlaşmaması, eyni zamanda verilən audit rəylərinin beynəlxalq səviyyədə tanınması və xarici ölkələrdə rəsmi etibarlılığa malik olmasıdır ki, bu da xüsusilə beynəlxalq tərəfdaşlarla çalışan və ya xarici investisiya cəlb etməyi hədəfləyən şirkətlər üçün mühüm üstünlük hesab olunur.
Yerli bazarda qlobal yanaşma: TGS AZERBAİJAN TİMP MMC audit və vergi xidmətləri təqdim edirŞirkət tərəfindən təqdim olunan xidmətlər:
Maliyyə hesabatlarının ISA (Beynəlxalq Audit Standartları) əsasında auditinin aparılması və nəticəyə əsasən rəyin verilməsi
Maliyyə hesabatlarının IFRS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) əsasında hazırlanması
Yerli qanunvericiliyə və beynəlxalq standartlara əsasən mühasibatlıq xidmətlərinin göstərilməsi
Çoxillik vergi yoxlamalarının aparılması, kənarlaşmaların müəyyən edilməsi və düzgün vergi balansının tərtib edilməsi
Yerli bazarda qlobal yanaşma: TGS AZERBAİJAN TİMP MMC audit və vergi xidmətləri təqdim edirTGS AZERBAİJAN TİMP MMC peşəkar yanaşması və beynəlxalq təcrübəyə əsaslanan xidmətləri ilə şirkətlərin maliyyə proseslərinin daha səmərəli və şəffaf şəkildə qurulmasına dəstək göstərir. Şirkətin fəaliyyəti və əməkdaşlıq imkanları barədə ətraflı məlumatı təqdim olunan əlaqə vasitələri ilə əldə etmək mümkündür.
Əlaqə: (+994 10) 225 33 58
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 32/24, Bina 2
[email protected]
tgs-timp.com / azxeber.com

İqtisadiyyat       Tarix: 23 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi