Yerlilər xaricə qaçırlar, əcnəbilər üçün qanunlar sadələşdirilir: İKT sahəsindəki boşluğu doldurma YOLLARI

Yerlilər xaricə qaçırlar, əcnəbilər üçün qanunlar sadələşdirilir: İKT sahəsindəki boşluğu doldurma YOLLARIYerlilər xaricə qaçırlar, əcnəbilər üçün qanunlar sadələşdirilir: İKT sahəsindəki boşluğu doldurma YOLLARI
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Azərbaycanda süni intellekt, kibertəhlükəsizlik, İKT sahəsində ciddi mütəxəssis çatışmazlığı olduğunu vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8 faizdir və bu istiqamətdə qonşu Gürcüstan, Qazaxıstan, hətta Ermənistandan iki-üç dəfə geridəyik. Qurum rəsmisi bu gün süni intellekt və kibertəhlükəsizlik sahələrində mütəxəssis yetişdirilməsinə böyük ehtiyac duyulduğunu da bildirib. 
Mövcud vəziyyətlə əlaqədar sözügedən iclasda Miqrasiya Məcəlləsi də müzakirəyə çıxarılıb və bir sıra dəyişikliklər təklif olunub. Həmin dəyişikliklərə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləmələri üçün iş icazəsi lazım olmayacaq. Bundan əlavə, "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklə əcnəbilər Azərbaycanda məcburi dövlət sosial sığorta haqqı ödəməyəcəklər. 
Mövcud dəyişiklikləri Oxu.Az-a şərh edən İT mütəxəssisi Fərid Əmirov bildirib ki, xarici mühəndislərin Azərbaycana gəlmələri üçün edilən güzəştlər təkcə onlar üçün yox, həm də bizim mühəndislər üçün çox faydalı olacaq:
Yerlilər xaricə qaçırlar, əcnəbilər üçün qanunlar sadələşdirilir: İKT sahəsindəki boşluğu doldurma YOLLARI"Çünki bizim mühəndislərə onların təcrübəsindən faydalanmaq kimi imkanlar yaranacaq. Nəzərə alaq ki, Azərbaycanda kifayət qədər İKT sahəsi ilə maraqlanan gənc təbəqə var və bu təbəqə bəzi resursların istifadəsinə dair məlumat bazalarının əldə edilməsində müəyyən çətinliklər yaşayır. Yerli mütəxəssislərin sayının azlığını nəzərə alsaq və onların bəzilərinin də xaricə getdiklərini hesaba qatsaq, ümumilikdə belə bir bazarın Azərbaycanda açılması çox faydalı olar. Xüsusən də bu sahədə böyük təcrübəsi olan yüksək səviyyəli mütəxəssislərin Azərbaycanda işləməsi müsbət təsirlər göstərəcək. 
Edilən güzəştləri bizim yerli əməkdaşların bazarda dəyərlərinin azaldılması kimi qiymətləndirmirəm. Mənim düşüncəmə görə, yerli mühəndislərə qiymətin verilməsi öz yerində qalır, hətta onlara yaxşı imkanlar yaradılır. Kənardan daha böyük layihələrdə işləmiş mütəxəssisləri cəlb etmək üçün yerində atılmış bir addımdır".
Ekspert hesab edir ki, bu qanun xarici şirkətlərin Azərbaycanda işləməsi üçün münbit şərait yaradacaq:
"Məsələn, böyük şirkətlər qarşısında beynəlxalq tələb var ki, onlar mütləq işçilərini qlobal səviyyəyə çıxarsınlar və bu günə qədər mövcud olan şərtlər məcbur edirdi ki, bu şirkətlər yerli mühəndislərlə işləsinlər. Amma onların xidmət sektorunun sahəsini nəzərə alsaq, yerli bazarda onların tələblərinə cavab verən yüksək səviyyəli mütəxəssis sayı çox azdır. Ona görə onlar məcburən özləri ilə bir yerdə mühəndis gətirməlidirlər. Bu mühəndis qrupu indiki şərtlərə daha uyğun gəlir və təbii ki, onlarla paralel bizim yerli əməkdaşlar da işləyəcəklər.
Mən hər vəziyyətdə bu qərarı müsbət atılmış addım olaraq qiymətləndirirəm. Bunun nəticələrini yaxın bir neçə ildə görəcəyimizə inanıram. Çünki bu məsələ bir az da İKT sahəsində həm şirkətlər, həm də gənc mütəxəssislər arasında rəqabətin artmasına gətirib çıxaracaq. Gənc nəsil üçün yaranmış fürsətləri dəyərləndirmək lazımdır. Bu sahədə dayanmadan üzərlərində işləməlidirlər".
Sayad Həsənli

Maraqlı       Tarix: 21 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər xabar az zelzele dunyada son xeberler