Yol polisi toy karvanlarına görə ÇAĞIRIŞ ETDİ

Yol polisi toy karvanlarına görə ÇAĞIRIŞ ETDİTəxminən 1 il 4 aydan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə vasitəsilə toy şənliklərində iştirak edəcək sürücülərə müraciət edib.
V.Əsədov bildirib ki, toyların keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdən biridir:
"Yol polisi tərəfindən məqsədli və ardıcıl şəkildə keçirilən tədbirlərin nəticəsi olaraq, hadisələrin azalması, ölüm saylarının aşağı düşməsi müşahidə edilir.
Təbii ki, toyların başlanması istər-istəməz spirtli içkinin təsiri altında avtomobilləri idarə edənlərin sayının artacağına ehtimal verir. Amma mən əminəm ki, sükan arxasında olan sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə etməyəcək.
Çünki qanunvericiliyə vaxtında edilən əlavə və dəyişikliklərlə, spirtli içkinin təsiri altında nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücülük hüququndan məhrumetmə, cərimə, yaxud həbs nəzərdə tutulur.
Xatırladıram ki, avtomabili spirtli içki və güclü təsiredici narkotik vasitələrin, psixotrop maddələrin təsiri altında idarəetmə faktı ağırlaşdırıcı haldır və yüksək məbləğdə cərimənin təyini, eyni zamanda məhkəmə instansiyalarında toplanmış sənədlərə baxılması, il ərzində təkrarən belə xətalara yol verilməsinə görə daha sərt cəzalar nəzərdə tutulur.
Tərəfimizdən vaxtlı-vaxtında təbliğat aparıldığı üçün artıq sürücülər spirtli içki qəbul etdikdə "ayıq sürücü"lərə müraciət edirlər. Təbii ki, bu yaxşı ənənədir".
Polis polkovniki eyni zamanda deyib ki, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq dərhal müvafiq cəza tədbirləri görüləcək:
"Avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edirik ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın. Yol polisi əməkdaşları tərəfindən "toy karvanı"nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək.
Unutmayın ki, Bakı şəhərinin inzibati ərazisi əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Ərazidə olan kameralar vasitəsilə hərəkətə günün 24 saatı nəzarət edirik, avtomatik olaraq, elektron qərarlar qəbul etməklə, inzibati tənbeh tədbirləri həyata keçiririk.
Toyların keçirilməsi zamanı xüsusilə yollara yaxın məsafələrdə yerləşən şadlıq saraylarının ətrafında nəqliyyat vasitələrinin düzgün park edilməməsi ərazidə süni sıxlıqların yaranmasına səbəb olur.
Ona görə də bəri başdan vətəndaşlardan xahiş edirik ki, yollara bitişik olan sarayların qarşısında nəqliyyat vasitələrinin düzgün dayanma-durma və park edilməsinə diqqət etsinlər.
Toylar günün pik saatlarında keçirildiyindən istər-istəməz sıxlığa səbəb olur. Süni sıxlıqlar isə vəziyyəti bir qədər də çətinləşdirir.
Ona görə də sürüclərdən xahiş edirik ki, bu məqamlarda həssaslıq nümayiş etdirsinlər. Bu cür informasiyaları verməkdə mqəsədimiz sürücüləri cərimələmək deyil, onları daha intizamlı olmağa dəvətdir".
Xatırladaq ki, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması nəzərə alınaraq, Nazirlər Kabineti 13 mart 2020-ci il qərarı ilə xüsusu karantin rejiminin tətbiq edilməsilə ölkə ərazisində 16 mart tarixindən etibarən toy mərasimlərinin keçirilməsi qadağan olunmuşdu.

Sosial       Tarix: 01 iyul 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xəbər bugünki xəbərlər en son xeber