Yol qəzasında ölən şəxsin narkotik vasitə daşıyırmış

Yol qəzasında ölən şəxsin narkotik vasitə daşıyırmışMartın 11-də Salyan rayonu Şorsulu kəndi ərazisindən keçən avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin regional qrupundan azxeber.com-a bildirilib ki, 19 yaşlı Goranboy rayon sakini Nahid Orucsoy idarə etdiyi "Kia Forte" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə avtomobildə sərnişin qismində olan 32 yaşlı Namaz Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinin protokolu tərtib olunub, nəqliyyat vasitəsinə baxış keçirilib, sürücünün izahatı alınıb və hadisənin başvermə səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Araşdırma zamanı qəzaya uğramış avtomobilə baxış keçirilərkən qara polietilen torbanın içərisində narkotik vasitə hesab edilən marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Sürücü N.Orucsoy izahatında bildirib ki, martın 10-da Bakı şəhəri ərazisində kirayələdiyi avtomobillə qohumu Namaz Babayevlə birlikdə sonuncunun tanışı olan bir qadından pul götürmək məqsədilə Biləsuvar rayonuna gediblər. Göstərilən ünvana çatdıqda N.Babayev avtomobildən düşərək həmin ərazidən qara polietilen torba götürüb.
Daha sonra Bakı istiqamətində hərəkətlərini davam etdirərkən yol kənarında sayrışan işıqları görüb polis əməkdaşları ola biləcəyini düşünərək avtomobili saxlamaq istədiyini, lakin N.Babayevin buna etiraz edərək əlindəki qara torbanı avtomobilin pəncərəsindən atıb ona bıçaqla hədə-qorxu gələrək avtomobili saxlamadan sürəti artırmasını tələb edib. 
N. Orucsoy hərəkətini yüksək sürətlə davam etdirib və müəyyən məsafə qət etdikdən sonra Salyan rayonu ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

Sosial       Tarix: 11 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı

8 il əvvəl - 2018-ci ildə Azərbaycanda oğlan uşaqlarına ən çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulduğu halda, bu il oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub. -a istinadən xəbər verir ki, 2028-c

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib. -a istinadla Valeh Ələsgərovun dosyesini təqdim edir:. Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-d

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bu gün UEFA Çempionlar Lqiasının Liqa mərhələsində "Borussiya" Dortmundu qəbul edəcək "Sabah"ın azarkeşləri üçün ödənişsiz avtobuslar fəaliyyət göstərəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Binəqədidə müşavirə keçirildi - FOTOLAR

22 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni  Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmu

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Zaqatalaya güclü leysan və dolu yağıb

Zaqatala rayonunda güclü leysan yağışı və dolu müşahidə olunub. Oktyabrın 22-dən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin müxtəlif rayonlarında fasilələrlə yağış yağır. Oktyabrı

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər son xəbərlər hava durumu cebheden xeber