Yolda ölmüş heyvanların əti ilə qidalanan "mağara qadını" hər kəsi təəccübləndirdi - FOTO
Yolda ölmüş heyvanların əti ilə qidalanan "mağara qadını" hər kəsi təəccübləndirdi - FOTO
İngiltərənin Kolçester şəhərində yaşayan Sara Dey adlı qadın görənləri təəccübləndirir. Belə ki, özünü "mağara qadını" adlandıran Dey yol kənarında avtomobil qəzası nəticəsində həyatını itirən heyvanların ətini bişirməklə qidalanır.
34 yaşlı qadın uşaqlıqdan təbii mühitdə yaşamaq qabiliyyəti qazandığını və hərəkətini düzgün hesab etdiyini bildirir.
"Yol kənarında həmişə heyvan görmürəm. Ancaq həftədə bir dəfə yol kənarında ölü heyvanlara rast gəlirəm və onları bişirib yeyirəm. Gah maral, bəzən də dələ, gah siçovul, gah dovşan… Onların əti bir az şirindir, amma ləzzətlidir", - deyə o bildirib.
Yolda gördüyü hər heyvanı yemədiyini deyən Dey sözlərinə belə davam edib:
"Göyərçin görəndə həmişə onu yeyirəm. Dadı bir az toyuğunkuna bənzəyir, amma çox daha dadlıdır. Qarşıma çıxan heyvanların ölümündən 24 saat keçibsə, yemirəm, çünki təhlükəlidir".
O, heyvanların dərisindən istifadə etdiyini, sümüklərindən alətlər və silahlar düzəltdiyini vurğulayıb.
"Xüsusilə, tülküləri dərisi üçün götürürəm. Mən onların dərisini soymağın heç bir zərərini görmürəm, çünki onlar artıq ölüblər".
Gənc qadın bəzi hallarda zəhərli olmadığını dəqiqi bildiyi bitki və meyvələri də toplayıb yediyini deyir.
Dey daş dövrünə heyranlığının uşaqlıq illərindən başladığını bildirib.












Kurslar.az kurslar [newsid: 0-123300]

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü