Yüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? - AÇIQLAMA + FOTO

Yüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? - AÇIQLAMA + FOTOYüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? - AÇIQLAMA + FOTO
Ötən gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.
Plan yerləri ən çox II ixtisas qrupunda dolub (98,35%). III qrupda plan yerləri 93,74%, IV qrupda 94,36% və V qrupda 91,19% dolub.
İlk mərhələdən sonra I ixtisas qrupu üzrə 1 557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.
Bəs görəsən, plan yerlərinin boş qalmasına səbəb nədir? Əvvəlki illərlə müqayisədə seçim daha azdır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, bu il ali məktəblərə qəbul göstəricisi əvvəlki illərə nisbətən kifayət qədər yüksəkdir:
Yüksək nəticələr və boş qalan plan yerləri: Abituriyentlərin seçimi azaldılıb? - AÇIQLAMA + FOTO"İlk mərhələdə ümumi qəbul olma 95 faizə yaxındır. Hazırda 3 500 boş yer var. Ən az II ixtisas qrupunda boş qalan yer var. Müraciət edən abituriyentlərin 13-14 mini qəbul ola bilmədi. İndi müəyyən qisminin şansı var ki, boş qalan yerlərə seçim edə bilsin".
E.Süleymanov qeyd edib ki, yüksək bal toplayan abituriyentlər sırf başqa ixtisas seçmədikləri üçün qəbul ola bilməyiblər:
"Ali məktəblərə qəbul olmayanlar içərisində nəticələri yüksək olanlar da var. Onlar sırf başqa ixtisas seçimi etmədikləri üçün uğurlu nəticə əldə edə bilməyiblər. İxtisas seçimində uğurlu nəticə əldə edə bilməyən abituriyentlərin əksəriyyəti minimum 150-200 bal toplayanlardır. Subbakalavrlar da baş qalan yerlərə ixtisas seçimində iştirak edə bilərlər".
Ekspert vəziyyətin gərgin olduğunu vurğulayıb:
"Əksər ixtisaslar tamamilə dolub. Boş qalan plan yerləri tədrisi ingilis dilində olan ixtisaslardır. Qəbul olmayan abituriyentlərin ingilis dili səviyyəsinin yüksək olduğunu düşünmürəm. İngilis dilindən nisbi bal 40 olmalıdır. Boş qalan yerlərin əksəriyyəti də regionlarda yerləşən universitetlərdədir".
"Bu il dövlət sifarişli ixtisaslarda keçid balı azalıb. Bunun da müəyyən səbəbləri var. Dövlət sifarişli yerlər artırıldı. Bu, abituriyentlərin xeyrinə olan bir məqamdır. Ötən ilə nisbətən yerlərin sayı ciddi şəkildə artdı. Uğurlu nəticə ondan qaynaqlandı. Ümumi qəbulun nisbəti yüksəkdir. 96-97 faiz olacağını proqnozlaşdırıram. Bu, müstəqillik dövründən bu günə olan ən yüksək göstəricidir. Bu, ən böyük tələbə qəbuludur. Bununla yanaşı, ən çox dövlət sifarişi ilə qəbul olan tələbə statistikasıdır", - deyə E.Süleymanov fikrini tamamlayıb.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Bu il ali məktəblərə ilkin yerləşdirmədə 51 941 nəfər (o cümlədən 6 592 subbakalavr) tələbə adı qazanıb. 24 594 (o cümlədən 1 389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5 203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93,94% dolub.
Nəzrin Vahid

Maraqlı       Tarix: 06 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber