Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?

Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?
Ölkəyə şəxsi istifadə üçün gətirilən dərman preparatları üzrə normanın tətbiq edilməsi istiqamətində Dövlət Gömrük Komitəsi Səhiyyə Nazirliyi ilə birgə iş aparır. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən DGK sədrinin birinci müavini Şahin Bağırov bildirib ki, müvafiq qanun layihəsi yaxın vaxtlarda hökumətə təqdim ediləcək. Qurum rəsmisi onu da qeyd edib ki, Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var, lakin bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur. DGK isə rastlaşılan bu hadisələr fonunda dərmanları ölkəyə kütləvi şəkildə buraxa bilməyəcəyini açıqlayır.
Şahin Bağırov deputatların dərman qiymətlərinin baha olmasıyla bağlı iradlarına da münasibət bildirərək bu fikirlə razılaşmadığını vurğulayıb:
"Azərbaycanda dərman qiymətlərinin artması gömrüklə bağlı deyil. Türkiyə və Azərbaycan arasında fərqi qeyd edirsiniz, burada bildirək ki, Türkiyə özü dərman istehsal edir. Bundan başqa, Türkiyənin Avropa İttifaqı ilə gömrük müqaviləsi var".
Baş verən müzakirələrə əsasən, dərman preparatları ilə bağlı insanların daxili bazara yönəlmələri üçün müəyyən addımların atıldığını desək, yəqin ki, yanılmarıq. Lakin maraqlı məqam odur ki, bu gün vətəndaşlar Azərbaycanda təkcə dərmanların qiymətindən yox, həm də keyfiyyətindən narazıdırlar. Hətta bəzi şəxslər dərmanların tərkibinin dəyişdirildiyini deyərək, daha baha olsa belə, bir çox hallarda alman apteklərinə üz tuturlar. Yəni bir qisim qiymətdən narazıdırsa, digər qisim də dərmanların təsirsizliyindən şikayətlənir. 
Məsələ ilə bağlı Oxu.Az-a danışan həkim-radioloq Aydın Əliyev hesab edir ki, əgər Azərbaycanda dərman preparatlarının qiyməti əl yandırırsa, xəstələrin onu xaricdən alması başadüşüləndir:
Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?"Limit qoymaq istəyən, bunu tələb edən tərəf isə yəqin, o baxımdan narahatdır ki, xəstələr dərmanı xaricdən alırlar və bizdəki monopolistlərin gəlirləri azalır. Amma narahat olmasınlar, onun yerinə dərman qiymətlərini azaltsınlar, qiymətləri fantastik həddə qaldırdıqları üçün insanlar buradan dərman ala bilmirlər.
Amma tibbi nöqteyi-nəzərdən bir məsələ də var ki, gətirilən dərman preparatlarının hamısı ölkəmizdə yoxlanılmalıdır. Şəxsin özü üçün dərman gətirməsi başadüşüləndir. Amma çox miqdarda, satış məqsədilə gətirilənlər mütləq yoxlanılmalıdır. Ümumiyyətlə, təkcə ölkəyə idxal edilən yox, hətta daxildə istehsal edilən dərman preparatları da laboratoriya analizindən keçirilməli, tərkib yoxlanılmalı, gələcəkdə həmin dərman vasitələrinin fəsadlarının olub-olmayacağı müəyyənləşdirilməli, ondan sonra istifadəsinə icazə verilməlidir".
Bu məqamda isə həkim həmin nəzarət işini icra etməli olan qurumların fəaliyyətsizliyinə diqqət çəkib:
"Onlar çox aşağı səviyyədə işləyirlər. Bu gün idxal edilən dərman preparatlarının keyfiyyəti barədə yaxşı söz deyə bilmərik. Çünki eyniadlı dərmanı bizim apteklərdən alırsan, keyfiyyəti aşağı olur, amma alman aptekindən alırsan və görürsən ki, təsiri daha yaxşıdır. Halbuki ölkəyə idxal olunanda həmin dərman preparatının istifadəsinə icazə verilir. Deməli, müvafiq qurumlar dəqiq analiz etmirlər, yaxşı işləmirlər". 
Dərmanların bahalığından da söz açan müsahibimiz bildirib ki, idxalda birmənalı şəkildə monopoliya var:
"Deputat Vahid Əhmədov deyir ki, Türkiyədən gətirilən dərmanlar Azərbaycandakından 7-8 dəfə ucuzdur. Bəli elədir, çünki onu Azərbaycana monopolistlər gətirirlər. Heç olmasa, insaflı olsunlar, iki dəfə baha satsınlar. Quru sərhədlər bağlıdır, idxalda monopoliya var, çünki iş adamlarına bu istiqamətdə şərait yaradılmır. Ölkəyə dərman idxal edən cəmi üç-beş şirkət var, onlardan başqalarına bu işlə məşğul olmağa icazə yoxdur, onlar da istədikləri qiyməti tətbiq edirlər, bizdə yazılmamış qanunlar var. Sağlam rəqabət olmadığına görə də dərman qiymətləri çox yüksəkdir. 
Daxili istehsal, təəssüf ki, bizdə yoxdur. Ən əsas problemlərdən biri də budur. Koronavirus dövründə biz müəyyən dərmanların çatışmazlığını yaşadıq, o səbəblə nə qədər xəstə həyatını itirdi. Ona görə də biz bu məsələni həll etməliyik. Çox gecikmişik. Ən sadə dərman preparatlarını belə, idxal edirik. Biz heç bir xəstəlikdən sığortalanmamışıq. Sabah epidemiya baş verərsə, istehsalçı ölkələr öz dərmanlarını ölkələri üçün istifadə edəcəklər, yenə biz dərman çatışmazlığı yaşaya bilərik. Ona görə də daxili istehsal qurulmalıdır".
Farmakoloq Aydın Əliyev isə onu nəzərə çatdırıb ki, insan orqanizminə daxil olan istənilən məhsul təmiz olmalıdır:
Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?"Onlar təmiz olmadıqca heç bir həkim insanı sağalda bilməz, hətta geyimlər də keyfiyyətli olmalıdır. Azərbaycanda dərman zavodları niyə açılmayıb - maraqlıdır. Mən özüm bir dərman preparatının həmmüəllifiyəm. İndi bütün Azərbaycan həmin antioksidantdan istifadə edir. Dünyada 50-dən çox məqalədə o preparatla bağlı Bakının adına yer verilib. Doğrudur, hələ ki o preparata görə layiq olduğum qiyməti ala bilməmişəm. Amma bu məni işimdən soyutmur. Baş verənlərdən birbaşa xəbərim var". 
Həmsöhbətimiz onu da söyləyib ki, əgər dərman istehsal etsək, artıq onun keyfiyyətinə də özümüz cavabdeh olacağıq:
"Problemlər qanunların icrasıyla bağlıdır. Qiymətlərlə bağlı da ciddi problem var. Necə ola bilər ki, bu qədər lazımi strukturların qarşısında aptek dərmanı sənəddə yazılmış qiymətdən baha satsın? Mən də razıyam ki, Türkiyədə qiymət bizdən daha ucuz olmalıdır. Amma bizdə dəfələrlə baha olması da normal deyil. Sahibkarlar itirdiklərini camaatın belindən çıxırlar. Hər fürsətdə qiyməti artırırlar. Azərbaycanda mütləq dərman zavodları açılmalıdır. Elan etdikləri rəsmi qiymətlərin elektron variantı hazırlanmalıdır. Özümüzdə zavodlar açılmasa, milyardlarla pullarımızı xaricə köçürməliyik. Bunlar böyük problemlərdir. Zavod həm elmi inkişaf etdirir, həm də sahəyə diqqəti artırır".
Sayad Həsənli

Maraqlı     Baxılıb: 230   Tarix: 16 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT. Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. Tədqiqa


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2025 son xeberler 2025 xeber.az azerbaycan son xeber bugun