Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi
Yüksək təzyiqi aşağı salmaq üçün ən yaxşı şirə müəyyənləşdi
Mərsin şirəsinin uzun müddətli istifadəsi yüksək qan təzyiqini azaldır və damarların funksiyasını yaxşılaşdırır.
"Medicalxpress" nəşrinin məlumatına əsasən, belə bir nəticəyə Helsinki Universitetinin tədqiqatçıları apardıqları eksperimental araşdırmalar zamanı gəliblər.
Mərsinin tərkibində ürək-damar xəstəliklərinin riskini aşağı salan polifenolların miqdarı yüksəkdir. Polifenollarla, həmçinin qaragilə, quşüzümü və qara qarağat zəngindir.
Təbiət elmləri üzrə magistr Enn Kivimyaki mərsin, quşüzümü və qaragilə şirələrinin xüsusiyyətlərini araşdırıb. Siçovullar üzərində aparılan eksperiment zamanı o müəyyən edib ki, durulaşdırılmış mərsin şirəsi təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır, tərkibində böyük miqdarda polifenol olan şirə, həmçinin qan damarlarının pozulmuş funksiyasını bərpa edir.
Nəticələr təzyiqi bir az yüksək olan insanlar üzərində sınaqdan keçirilməlidir. Alim qeyd edir ki, dərman əvəzinə onlara həyat tərzini dəyişdirməyi və düzgün pəhriz saxlamağı tövsiyə etmək olar. Eyni zamanda, Kivimyaki vurğulayıb ki, mərsin şirəsi dərmanları tamamilə əvəz etmir və yalnız ümumi terapiyaya əlavə olaraq məsləhət görülə bilər. /oxu.az

Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Milli Məclis Prezident və xanımını təbrik etdi
Məşhurlar DÇ-2026 oyununda
Leysan və dolu Ankarada subasmaya səbəb olub
DİN "Son zəng" tədbirləri ilə bağlı məlumat yaydı
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Qızıl bahalaşdı
Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib
Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi
Hidayət Orucov vəfat etdi
Ceyhun Bayramov ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi
"Barselona" ona elçi düşdü - 50 milyon ödəməyə hazırdır
DÇ-2026: Türkiyə ilk sınağına çıxır