"Yüksələn işıq": REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur - FOTOLAR

23 yanvar–27 mart tarixlərində dünya şöhrətli fotoqraf və fotojurnalistReza Deqatinin (REZA) "Yüksələn işıq" adlı fotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayişetdirilir. Layihə AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları"(AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də "Boeing" şirkətinin dəstəyiilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsindətəqdim olunur.
"Yüksələnişıq" sərgisi Azərbaycanı REZA-nın özünəməxsus bədii baxış bucağından təqdim edərəkölkənin zəngin tarixi irsinin müasir həyatın ritmi ilə harmonik vəhdətini əksetdirir. Geniş beynəlxalq auditoriya üçün hazırlanmış bu vizual hekayə vasitəsiləAzərbaycanın mədəni, sosial və insani siması nümayiş olunur.
SərgininHeydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi mənadaşıyır. Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanınmüxtəlif ölkələrindən onminlərlə sərnişini qəbul edən aeroport mədəni dialoqüçün unikal platforma, eyni zamanda Azərbaycanın vizual təqdimatında ilk təmasnöqtəsi rolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasında yerləşdirilməsionun qlobal miqyasını və beynəlxalq yönümlü xarakterini vurğulayır.
"AzərbaycanHava Yolları", "Boeing" və Heydər Əliyev Beynəlxalq Aeroportunun layihəyəverdiyi dəstək tərəfdaşların mədəni təşəbbüslərin beynəlxalq aviasiya mühitinəinteqrasiyasına və aviasiyanın mədəni mübadilə üçün körpü rolunun gücləndirilməsinədair ortaq baxışını əks etdirir. Vizual düşüncə xətti kimi qurulan sərgi Azərbaycanıonun insanları, təbiəti və gündəlik həyatı vasitəsilə kəşf etməyə imkanyaradır. REZA-nın fotoları məkanın ruhunu, ənənələrin davamlılığını və müasirAzərbaycanın mədəni müxtəlifliyini incə detallarla çatdırır.
SərgidəREZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir. Ekspozisiyanın xüsusibölməsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələrə həsr olunub.Buraya Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı,Qobustan Qaya Sənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.
"Yüksələnişıq" adını daşıyan bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insanhekayələrini vahid bir baxışda əks etdirir. Bu layihə vasitəsilə biz ölkəmizi təkcəməkan kimi deyil, öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımızatanıdırıq", – deyə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədriSamir Rzayev bildirib. O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslər AZAL-ın fəaliyyətininümumi inkişaf xətti ilə uzlaşır və aviaşirkətin texniki modernləşməstrategiyasını tamamlayır: "Bu il AZAL donanmasına yeni nəsil "Boeing 787-9Dreamliner" təyyarəsi qoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakısəyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək".
"Aviasiyainsanları həm marşrutlar, həm də ortaq təcrübələr vasitəsilə birləşdirir", –deyə "Boeing" şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə icraçı direktoru AysemSarğın bildirib. Onun sözlərinə görə, "Yüksələn işıq" sərgisinə dəstək verməklə"Boeing" səyahətçilərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insani hekayələriilə tanış ola biləcəyi bir məkanın yaradılmasından qürur duyur. Bu sərgi"Boeing"in əsas dəyərlərini əks etdirir: şirkətin təyyarələri yalnız səyahətimümkün etmir, eyni zamanda dünyada insanları, mədəniyyətləri və ideyalarıbir-biri ilə əlaqələndirir".
Mədənidialoq və səyahətin insani ölçüsü ideyası sərginin müəllifi, fotoqraf REZA-nınbədii baxışında da öz dolğun ifadəsini tapır.
"Yüksələnişıq" Azərbaycanın ruhuna və əzabı dözümlülüyə, qaranlığı isə işığa çevirəbilmiş bir xalqa həsr olunmuş şahidliyimdir. Şair Ruminin dediyi kimi, "Yaraişığın içinizə axdığı yerdir". Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiqqalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm," – deyə REZAbildirib.
REZAinsan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləri ilə tanınan dünyaşöhrətli fotoqraf və fotojurnalistdir. O, 40 ildən artıq peşəkar fəaliyyəti ərzində100-dən çox ölkədə çalışaraq müasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib.REZA Azərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixində mühüm mərhələləri— XX əsrin sonlarında baş verən faciəli hadisələri, məcburi köçkünlərin talelərini,I və II Qarabağ müharibələrini öz obyektivi ilə əks etdirib.
Sülhüntəşviqi və mədəni dialoqun inkişafına verdiyi töhfələrə görə REZA AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltifolunub.
REZA-nınyaradıcılığı bir çox nüfuzlu beynəlxalq mükafatlarla qiymətləndirilib. O,Nyu-York Beynəlxalq Fotoqrafiya Mərkəzinin "Infinity Award", "Lucie Award",fotoqrafiyaya verdiyi töhfələrə görə "HIPA Award", Missuri Universitetinin FəxriMedalı kimi mükafatların laureatıdır. REZA, həmçinin Paris AmerikaUniversitetinin fəxri doktoru, "Ashoka Senior Fellow" və Fransanın Milli "ŞərəfLegionu"nun zabitidir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 26 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi