"Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

"Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO "Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO
Aprelin 8-də  "Yüksəliş" müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib. Vebinarda təhsil naziri Emin Əmrullayev "XXI əsrin tələbi: təhsil və əmək bazarı" mövzusunda təqdimatla çıxış edib.
Vebinarın moderatoru "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.
Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan "Yüksəliş" müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqədən gözləntilər böyükdür, çünki peşəkar kadr məsələsi hər bir ölkə üçün prioritet istiqamətdir.
Nazir əmək bazarında gələcək inkişaf imkanlarının nəzərə alınmasının vacibliyini qeyd edib. Gələcəkdə kadr potensialı baxımından daha dəqiq araşdırmalar, seçimlər aparılacağını nəzərə çatdıran təhsil naziri burada əsas meyarın əhəmiyyətlilik olacağını deyib. Emin Əmrullayev vurğulayıb ki, Azərbaycanın əmək bazarı üçün vacib məsələlərdən biri iş sahəsində boşluqları düzgün müəyyən etmək və ona uyğun davranmaqdır. Nazir kadr hazırlığının da bu strategiya üzərində qurulmasının əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı müzakirə formatında aparılan vebinarda təhsil naziri iştirakçıların suallarını cavablandırıb. Emin Əmrullayev müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb.
Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.
"Yüksəliş" müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
"Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO "Yüksəliş" müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

Sosial       Tarix: 08 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar son xabarlar en son xeberler xeber