Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?

Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?Son günlər bəzi marketlərdə yumurtanın 1 və 3 qəpiyə satışa çıxarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Aşağı qiymət alıcıların marağına səbəb olsa da, bəzi istehlakçılar məhsulun keyfiyyəti ilə bağlı narazılıqlarını bildiriblər. Onlar bəzi yumurtaların içindən yad cisim çıxdığını və məhsulda problemlər olduğunu iddia edirlər.
İqtisadçı Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, yumurtanın qiymətinin bu qədər kəskin ucuzlaşması müsbət hal hesab edilmir.
Yumurtanın qiyməti kəskin ucuzlaşdı - Arxasında nə dayanır?"Yumurtanın qiymətinin kəskin ucuzlaşması istehsalçıların bazardan sıxışdırılmasına səbəb ola bilər. Bu isə gələcəkdə qiymət artımı ilə nəticələnə bilər.
Qiymət enməsinin əsas səbəblərindən biri ixrac imkanlarının zəifləməsidir. Əvvəllər ABŞ-yə də yumurta ixrac edilirdi. Son dövrlərdə tələbatın azalması səbəbindən ixrac dayanıb. Nəticədə istehsalçılar əllərində olan məhsulu daxili bazara çıxarıblar və bu da qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Lakin bu proses uzunmüddətli deyil", - deyə o qeyd edib.
Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev isə bildirib ki, yumurtanın ucuzlaşmasının müxtəlif səbəbləri ola bilər.
"Ucuz qiymət hər zaman təhlükəli məhsul demək deyil. Bazarda təklifin artması, istehsalın çoxalması, mövsümi tələbatın azalması, ixrac imkanlarının zəifləməsi və market kampaniyaları qiymətlərin aşağı düşməsinə təsir edə bilər. Buna görə də yalnız qiymətə əsaslanaraq məhsulun keyfiyyəti barədə nəticə çıxarmaq düzgün deyil".
Ekspert istehlakçılara yumurta alarkən diqqətli olmağı tövsiyə edib.
"Yumurtanın istehsal və son istifadə tarixlərinə, saxlanma şəraitinə, qabığının vəziyyətinə diqqət yetirmək lazımdır. Qabığında çatların olması, xoşagəlməz qoxu, rəng və quruluş dəyişiklikləri məhsulun istifadəyə yararsız ola biləcəyini göstərə bilər".
Asim Vəliyev qeyd edib ki, yumurtanın düzgün saxlanılması qida təhlükəsizliyi baxımından vacibdir.
"Uyğun olmayan şəraitdə saxlanılan yumurtalarda mikrobioloji risklər yarana bilər. Buna görə məhsulun etibarlı mənbədən alınması, düzgün saxlanılması və yaxşı bişirilərək istifadə olunması tövsiyə edilir".
Ekspert vurğulayıb ki, istehlakçılar məhsul seçərkən yalnız qiymətə deyil, həm də keyfiyyət, mənşə və saxlanma şəraitinə diqqət etməlidirlər.
Şəhanə Ziyad

İqtisadiyyat       Tarix: 23 iyun 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər en son xeberler bu gun zelzele