Yunanıstan Türkiyəyə qarşı bu iddiasından GERİ ÇƏKİLİR
Türkiyənin ərazi suları hüquqları ilə bağlı açıqlamalarından sonra Yunanıstan Xarici İşlər Nazirliyindən uzaqlaşdırılan diplomat Rozakisin yeni fikirləri ölkədə müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Yunanıstan son bir neçə gündə Afina administrasiyasının Türkiyə ilə apardığı danışıqlarda ərazi sularının 12 milə qədər uzadılmasından imtina etdiyi və bu uzunluğu 10 milə qədər artırmağa razı olduğu iddiaları ilə çalxalanır.
Ötən gün Yunanıstanın "Alfa" radio kanalına danışan Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi Kristos Rozakis Yunanıstan hökumətinin Türkiyə ilə apardığı kəşfiyyat danışıqları çərçivəsində 12 millik ərazi suları tələbindən imtina etdiyini iddia edərək, onu 10 dəniz milinə çatdırmağı təklif edib. Afinanın Türkiyə ilə dialoqu canlandırmaq üçün əlindən gələni etdiyini vurğulayan Rozakisin açıqlamaları Yunanıstan ictimaiyyətinə "bomba" kimi düşüb.
Yunanıstan Xarici İşlər Nazirliyi mənbələri tələsik ölkə mətbuatına açıqlamalar verib, Rozakisin açıqlamalarının onun şəxsi fikirləri olduğunu qeyd edib. Yunan mətbuatında yer alan diplomatik mənbələrə əsaslanan xəbərdə, "Yunanıstanın əsas mövqeyi, Beynəlxalq Hüquq və xüsusilə Birləşmiş Millətlər Təşkilatının Hüquq Konvensiyasında nəzərdə tutulduğu kimi, ölkənin ərazi sularını 12 milə qədər uzatma haqqıdır" ifadələri dövriyyəyə buraxılıb.Amma buna rəğmən nazirlik hər hansı bir açıqlama verməyib.Müxalif KINAL partiyası isə təcili olaraq Yunanıstan Xarici İşlər Nazirliyini iddialarla bağlı rəsmi açıqlama verməyə çağırıb./teleqraf/
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı