Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı
Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu məlumat yayıb.
Bildirilib ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.
Qeyd edək ki, Y.Maksimov Azərbaycan futboluna tanış simadır. O, "Araz Naxçıvan"ın faktiki sahibi olan Zaur Axundovla birgə 2017-2018-ci illərdə "Keşlə"də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyundan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Dünən klub uğursuz nəticəyə görə baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.
Ukraynalı mütəxəssis karyerası ərzində "Dnepr-1", "Krivbass", "Taraz" və digər klubları da çalışdırıb. Onun son iş yeri 2025-ci ilin yayında ayrıldığı "Vorskla" olub. Maksimov 2019/20 mövsümündə Poltava təmsilçisini Ukrayna kubokunun finalına çıxarıb.
Əlavə edək ki, 2026-cı ilin yanvar-may aylarında "Araz-Naxçıvan"ı digər ukraynalı mütəxəssis Andrey Demçenko çalışdırıb.

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər