Yuxusuzluqdan əziyyət çəkənlər niyə kökəlir? – Rusiyalı həkimdən AÇIQLAMA

Yuxusuzluqdan əziyyət çəkənlər niyə kökəlir? – Rusiyalı həkimdən AÇIQLAMAYuxu pozğunluğu müəyyən problemlərə və diskomforta səbəb olur. Yuxusuzluqdan daha çox kişilərin əziyyət çəkdiyi bildirilir. Alimlər hesab edirlər ki, yuxusuzluq daha şox kişilərin səhhətinə mənfi təsir edir.
Rusiyalı psixoanalitik Aleksey Melek bildirib ki, yuxu pozğunluğu təkcə psixoloji duruma deyil, eyni zamanda  piylənməyə və çəki artımına da təsir edir. Mütəxəssis hesab edir ki, yuxu pozulduqda orqanizmdə müəyyən dəyişiklik başlayır, maddələr mübadiləsi pozulur:
"Bu, iştahla, əhval-ruhiyyə ilə əlaqəlidir. Bu cür problemlə üzləşən hər bir insan endokrinoloqa müraciət etməlidir və çalışıb çoxlu yatmalıdır. Yuxunun olmaması iştahı tənzimləyən hormonlara təsir edir. Bu isə kalori qəbulunun artmasına səbəb olur. Eyni zamanda, bu gün yuxu təbabətində, somnologiyada və klinik psixologiyada dəqiq bilmədiyimiz məqamlar var. Hələ tam məlum deyil ki, hansı mexanizmlər  iştaha və çəki artımına təsir  edir. Bu günə qədər bu suala dəqiq cavab yoxdur.
Ancaq üç fərziyyə var. Birincisi, yuxu pozğunluğu sinir sisteminin işində dəyişikliyə səbəb olur və bu, neyrofizioloji dəyişikliklərdir. Yəni beynin kortikal hissələri stimulları müəyyən bir şəkildə emal etmək, iştahı idarə etmək, iştahı əngəlləmək və tənzimləmək, qida xüsusiyyətlərini seçmək, üstünlüklər yaratmaq, qoxu və dad reaksiyaları üçün cavabdehdir.
Yuxu çatışmazlığı səbəbindən prefrontal korteksdə disfunksiya tez-tez müşahidə olunur. Bunlar beynin proqramlaşdırma, nəzarət, tənzimləmə üçün cavabdeh olan sahələridir və əsasən həm yemək davranışı, həm də yuxu pozğunluqlarında iştirak edir. Yuxu çatışmazlığı beyndə dəyişikliklərə səbəb olur. Baş verən dəyişiklik yemək motivasiyasını idarə etməklə məsuldur.
Kortikal və subkortikal strukturların həddindən artıq aktivləşməsi həm qidanın qabarıqlığını, həm də yemək davranışını dəyişdirir, qidanın qabarıqlığı artır və qida istehlak etmək motivasiyasında dəyişiklik olur. Bu da yemək davranışında dəyişikliklərə gətirib çıxarır.  İnsan yuxusuz qaldıqda, o, serotoninlə əlaqəli  triptofanla zəngin qidalara yönəlir. Onu şirin, rəngarəng, parlaq və kaloriylə zəngin qidalar cəlb edir. Həmçinin, yuxunun olmaması və digər yuxu pozğunluqları disforiyaya – narazılığa səbəb olur və hər hansı bir narahatlıq ən çox reqressiv davranış formaları ilə müşayiət olunur.
Yuxu həm də təhlükəsizlik sistemi ilə, ilkin normal narsisizmlə əlaqələndirilir. İnsan hər şeyin qaydasında getdiyini hiss etdikdə özündən razılıq başlayır. Yuxu zamanı nasazlıq baş verərsə, sinir sistemi "qənaət" rejimini işə salır. Belə vəziyyətləri sabitləşdirməyin ən primitiv yolu isə yeməkdir. Odur ki, insan həddindən artıq yeməyə başlayır.
Nə etməli?
Yeməkdən istifadəyə mütləq diqqət yetirilməlidir. Yeməmək üçün daha çox fiziki fəaliyyətlə məşğul olunmalıdr. Xroniki yuxu çatışmazlığından əziyyət çəkənlər  mütləq həkimə müraciət etməlidir. Səbəblər axtarılmalı, düzgün müalicə seçməlməlidir.
Vəli Həsənov,
KONKRET.az

Sağlamlıq       Tarix: 24 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az xeberler bu gun son xabarlar