Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
Çinin ingilis dilində nəşr olunan nüfuzlu "China Daily" qəzetinin internet səhifəsində AZƏRTAC-ın Çindəki xüsusi müxbiri Şahin Cəfərovun Azərbaycanda parlamentin buraxılması və növbədənkənar seçkilərin elan olunması ilə bağlı gedən proseslər barədə məqaləsi yerləşdirilib.
Materialda qanunverici orqanda çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciəti əsasında Milli Məclisin dekabrın 2-də qəbul etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Qərarı, Prezident İlham Əliyevin sorğusu əsasında Konstitusiya Məhkəməsinin həmin qərarın Konstitusiyaya uyğunluğu barədə Qərarı barədə məlumat verilib.
Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap və onlayn abunəçisi olan "China Daily" təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən nüfuzlu qəzetlərdən biridir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı