Zakir Həsənov: "Ermənistanla sərhəddə vəziyyət nəzarətimiz altındadır

Zakir Həsənov: "Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.
Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir.
Azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib.
Müdafiə naziri vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş "Dəmir yumruq" əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzib: "Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.
Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.
Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir".
Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək: "Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.
Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğ"u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!".

Siyasi       Tarix: 22 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler