Zakir Həsənov: "Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edəcək

Zakir Həsənov: "Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edəcəkZakir Həsənov: "Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhü və təhlükəsizliyi təmin edəcək"
Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında 11 noyabr 2020-ci il tarixində imzalanan Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum xüsusi əhəmiyyət kəsb edir.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Ağdamın işğaldan azad edilmiş ərazilərində yaradılmış Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edən Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov deyib.
O bildirib ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks hücum əməliyyatını həyata keçirib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən müharibə Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb:
"Azərbaycan Respublikasının prezidenti, Rusiya Federasiyasının prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla atəşkəs rejiminə nail olunub. Bununla da 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Türkiyə Respublikasının, Rusiya Federasiyasının və hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub.
Mərkəzin fəaliyyəti regionda uzun müddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. Eyni zamanda əminik ki, mərkəzdə bizim türkiyəli və rusiyalı həmkarlarımız arasında dost və işçi münasibətləri yaranacaqdır".
Aqşin Kərimov

Siyasi       Tarix: 31 yanvar 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler ən son xeberler cəbhədən son məlumatlar krimnal bugun