Zakir Nuriyev: Bankların bağlanması koronavirus pandemiyası ilə bağlı deyil
Bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının çoxsaylı tapşırıqları arasında ən vacibi bank sisteminin sağlamlaşdırılması idi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması adətən daha aktual mövcud problemlərlə əlaqədar növbəti rübədək təxirə salınırdı, amma bugünkü gün bu məsələ daha da aktuallıq qazanıb:
"Müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması və kreditləşmənin inkişafı üzrə davam edən islahatlar çərçivəsində aprelin 27-də Mərkəzi Bankıən İdarə heyəti tərəfindən "Atabank", "AGBank", "NBC Bank" və "Əmrah Bank"a müvəqqəti inzibatçılar təyin olunub. Daha sonra aprelin 28-də və mayın 12-də bankların dördü də ləğv edilib və müflis olma barədə müraciət edib".
Z.Nuriyev qeyd edib ki, banklarla bağlı yaranmış vəziyyət koronavirus pandemiyası ilə əlaqədar deyil, əvvəlki dövrlərdə yığılmış probemlərin nəticəsidir.
O əlavə edib ki, bankların bağlanması bütün dünyada qeydə alınır və təkcə Rusiyada bu ilin birinci rübünə 8 bank bağlanıb:
"Bu, normal prosesdir və arzuolunan olmasa da, bütün dünya iqtisadiyyatı üçün xarakterikdir".
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar