Zakir Qaralov biznesə başlayır: Bu dəfə Qarabağda
Baş prokuror olduğu dönəm illərində dövlətin əsas tikinti infrastrukturunun qurulmasına cəlb edilən əsas şirkətlərdən birinin – "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın faktiki sahib olan Zakir Qaralov bir neçə illik fasilədən sonra məşhur şirkətini yenidən inşaat sektoruna salmaq istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurora yaxın mənbələr bildirib. Məlumata görə, Zakir Qaralov son zamanlar Akkord Şirkətinin ofisində görünməyə başlayıb.
Şirkətin köhnə problemlərinin həllinə çalışan Qaralov onu işğaldan azad edilmiş bölgələrdə inşaat işlərinə salmaq istəyir.
Məlumata görə Zakir Qaralov yaxın dostu olan "Bank of Azərbaycan"ın İdarə Heyətinin sabiq sədri Müslüm Mürsəlovu şirkətin başına gətirib. Bu o, Mürəslovdur onun həyat yoldaşı Baş Prokurorluqda Dövlət İttihamını Müdafiə İdarəsinin prokurorudur.
Müslüm Mürsəlov hazırda Akkkord-un problemlərinin həlli ilə məşğuldur. Belə ki, şirkətin çoxsaylı məhkəmə çəkişmələri, habelə vergi orqanları qarşısında borc öhdəlikləri var.
Bildirilir ki, Qaralov bu problemləri çözəndən sonra Qarabağda inşaat işlərinə girəcək. Amma inandırıcı deyil ki, "vurulmuş" Zakir Qaralovun Akkord kimi talançı və yarıtmaz bir şirkətinə kimsə tender versin. Bu o zamanlar idi ki, Zakir Qaralov baş prokuror idi və bütün böyük tenderləri ancaq Akkord "qazanırdı". Akkord-un Bakı-Quba yolunda yüz milyonları necə mənimsədiyi və çəkdiyi yolun 3-4 ilə dağılmasını da Azərbaycan xalqı unutmayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir
"Pəncəli Ürəklər" aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı
Zelenski onunla görüşdən bəhs etdi
"Qarabağ" bu gün həlledici oyuna çıxır
Azərbaycanda polkovnik vəfat etdi
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı
"Qarabağ" ÇSKA səddini aşarsa, qarşılaşacağı klubun adı məlum oldu
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Putin ŞOKDA: Qərb Paşinyandan Rusiya ilə bağlı elə bir şey tələb etdi ki
Davudoğlu da partiyasını "qıfıllayıb" siyasətdən getdi - Türkiyədə nələr baş verir?
Netanyahu diplomatiyaya inanmadı və İranla bağlı elə şeylər dedi ki
Misirdə ABŞ obyekti VURULDU
Hakan Fidan HAMAS nümayəndə heyətini qəbul edib