Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTO

Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTO
Zalsburq Avropa incəsənət və mədəniyyətinin paytaxtlarından biridir. Şəhəri həm də Avstriyanın qeyri-rəsmi paytaxtı hesab edənlər var. Duz yataqları Zalsburq bölgəsinin xəzinəsi sayılır. 
"Kaspi" qəzetinin Zalsburq şəhərindən hazırladığı məqaləni təqdim edirik:
Zalsburq şəhəri tez-tez "Şimalın Roması" adlandırılır. Salzax çayı üzərində yerləşən şəhər Avropa incəsənət və mədəniyyətinin paytaxtlarından biridir. Zalsburq həm də Avstriyanın qeyri-rəsmi paytaxtı sayılır. Duz şaxtaları ilə məşhur olduğu üçün "Duz qəsri" də adlandırılır. Duz yataqları Zalsburq bölgəsinin xəzinəsi sayılır.
Şəhərin memarlığı italyan memarlığını xatırladır. Zalsburqun Köhnə şəhəri UNESCO-nun Dünya İrsi Siyahısındadır. Gözəl barok kilsələri, yaxşı qorunmuş orta əsr evləri və geniş meydanları hətta ən tələbkar turisti də ovsunlayır.

Paytaxt Vyanadan 4 saatlıq məsafədə yerləşən bu turistik şəhərə hava və  dəniz yolu, saat kimi dəqiq işləyən qatarlarla və şəxsi avtomobillə rahat çatmaq olur. Almaniyadan və ya Macarıstandan yol boyu füsunkar məkanları, nağıl təsiri bağışlayan yerləri görmək istəyənlər adətən qatara üstünlük verirlər. Biz də səyahətimizdə bir neçə ay əvvəldən gediş-dönüş biletini aldığımız (35+40 avro) Budapeşt-Zalsburq qatarını seçdik.
Sizi elə bir ölkəyə aparıram ki…
Bir neçə il bundan əvvəl Avstriyanın paytaxtı Vyanaya səfər edəndə bələdçi "Sizi elə bir ölkəyə aparıram ki, orada həftə sonları heç bir yer işləmir. Nə müəssisələr, nə də dükanlar. İnsanlar istirahət edirlər…" sözlərini Zalsburqa çatanda istər-istəməz xatırladım.  

Zalsburq görkəmli bəstəkar Volfanq Motsartın doğulduğu yerdir. Bu balaca şəhərdə hər şey bu bəstəkarın adı ilə bağlıdır. Zalsburq mədəni tədbirlər, festivallar şəhəridir. Hər il keçirilən "Motsart" və "musiqinin səsi" festivalları təkcə dünya musiqiçilərini deyil, festival sevən turistləri də başına toplayır. 1906-cı ildə Richard Strauss, 1910-cu ildə isə Qustav Mahler "Motsart" festivalını idarə edib. Bu ənənə bu gün də davam edir - festivallara dünyanın ən ünlü musiqiçiləri qatılır.

Şəhərin bütün küçələrində klassik musiqi melodiyaları eşidilir. Böyük ticarət mərkəzlərində, kafe və restoranlarda, dar küçələrdə musiqi səsi insanları müşayiət edir. Bunların fonunda Zalsburq təbiət mənzərələrini, ecazkar qədim memarlığı, incəsənət və mədəniyyəti, həmçinin ənənə və müasirliyi harmonik şəkildə birləşdirən unikal şəhərdir. Barokko arxitekturasına, musiqi və incəsənətin sehrli atmosferinə qərq olmaq istəyən milyonlarla turisti cəlb edən Avropanın ən məşhur mədəniyyət mərkəzlərindən biri sayılır. Burada dağ mənzərələri düzənliklərlə toqquşur. Alp dağlarının şimal ətəkləri o qədər yaxındır ki, az qala əlini uzatsan çata bilər.
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOOrta əsrlərin əsl ruhu
Zalsburq ilin bütün fəsillərində turistlərin can atdığı şəhərdir. Qışda burada inanılmaz Milad abı-havası olur. Həmin vaxt şəhər rəngbərəng işıqlar və bəzəklərlə parlayır, isti şərabın, ədviyyatların və kekslərin ətirləri Köhnə şəhərin küçələrindən yayılır. Milad tətillərində gələnlər Katedral meydanında və Residenzplatzda Milad bazarını mütləq ziyarət edirlər. "Zalsburqda "Milad tətilləri" sehrli xatirələrdir. Ona görə də bu, ən yüksək turizm mövsümüdür", - deyə bayramı bu şəhərdə qarşılayan turistlər sonradan statuslarında qeyd edirlər.
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOYazda da şəhərin küçələri turistlərlə doludur. İnsanlar Getreidegasse-dəki Motsartın ev muzeyi, unudulmaz toy etmək istəyənlərin əsl arzusu olan Mirabell Sarayı və 17-ci əsrin sonunda əsası qoyulan barok parkı, Hellbrun sarayı, Köhnə şəhəri, Zalsburq qalasını, ətraf bölgələri gəzməkdən böyük zövq alırlar. Şəhərin qonaqlarını köhnə küçələr və YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş barokko şedevrləri təəccübləndirir. Zalsburqun gəzinti marşrutuna qədim "Hohensalzburg qalası" da daxil edilir. Qala şəhərin simvollarından biridir. Onun tarixi 11-ci əsrdən, taxta istehkamın yarandığı vaxtdan başlayır. Qala Mərkəzi Avropada ən yaxşı qorunan tarixi abidələrdən biri hesab olunur və turistlər hələ də burada orta əsrlərin əsl ruhunu hiss edirlər. Qalaya giriş 11 avrodur. Ziyarətçilərin 1892-ci ildə tikilmiş köhnə funikulyorla geri qayıtmağı da biletin qiymətinə daxildir. Əlavə ödənişlə (6 avro) qalaya funikulyorla da qalxmaq mümkündür.
Zalsburq heyrətamiz kilsələr şəhəridir. Qüllələri göyə qalxan Zalsburq "Katedrali" xüsusilə məşhurdur. Memar Santino Solari kilsə memarlığının bu monumental əsəri üzərində 14 il işləyib. Volfanq Amadey Motsart bu kilsədə xaç suyuna çəkilib.
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOYaşlı insanların çoxaldığı şəhər
Zalsburqda qastronomik turizm üçün hər şey var. Fərqli xalqların mətbəxləri, o cümlədən türk mətbəxi heç kimi ac qalmağa qoymur. Orijinal pivə meyxanaları, rahat kafelər, bahalı restoranlar, şən barlar turistləri Zalsburq mətbəxindən həzz almağa və gözəl vaxt keçirməyə dəvət edir. Hər bir turist ətri baş gicəlləndirən kofe ilə almalı piroqu – ştruqeli mütləq dadır (9 avro).
Zalsburqda həftə sonları sakitlik olur. Bəzi kafe və restoranlar istisna olmaqla, heç yer işləmir. Hətta apteklər, həyat əhəmiyyətli digər müəssisələr də bağlı olur. İnsanlar istirahət edir, yaxın şəhərlərə ailəvi səyahətə çıxırlar.
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOYerli sakinlər daha çox yaşlı insanlardır. Küçələrdə  mehribanlıqla əl-ələ tutan qoca cütlüklər arxayınlıqla istirahət edirlər. Tənha insanlar çoxdur. Parklarda, çay kənarında it gəzdirən gənclərə və yaşlı insanlara daha çox rast gəlinir. Səbəbini belə izah edirlər: "Yeni evlənənlər uşaq istəmirlər. Heç kəs ömrünü uşağa həsr etmək fikrində deyil. Ona görə yaşlı nəsil daha çoxdur. Onlar da it və pişik saxlamağı xoşlayırlar. Heyvanları qeydiyyatdan keçirir və onlara təzminatlar alırlar".
Turistlərlə münasibətdə tolerant olsalar da...
Zalsburqun gözqamaşdıran gözəllikləri fonunda küçələrində evsiz-eşiksiz insanları da, dilənçilik edən qaraçıları da, hansısa yolla gəlib bu şəhərdə özünə yer edən miqrantları da aydın görünür.
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOYerli sakinlər turistlərə tolerant olsalar da, üzlərinə gülümsəsələr də, yol və ya ünvan soruşanda nəzakətlə cavab versələr də, başqa millətlərə o qədər dözümlü deyillər. "Əmək haqqı yüksək olsa da bizi aşağılayırlar", - deyə söhbətləşdiyim türk qadın şikayətləndi: "Burada vətəndaşlığımız var. Özüm də, yoldaşım da işləyirik. Qızım universitetdə oxuyur. Amma səhərdən axşama qədər işləyirik. Bizə özləri kimi yanaşmırlar".
Avstriyanın bütün şəhərləri kimi Zalsburq da Ukraynadan gələn qaçqınları bir il müddətinə yaşayış yeri ilə təmin edib. Ukraynalı qadınla evli olan azərbaycanlı müharibəyə görə bu şəhərə sığındıqlarını dedi: "Şəhər kənarı hoteldə yerləşmişik. Gündə 3 dəfə yeməklə təmin olunuruq. Amma Kiyevdəki evimiz üçün darıxırıq. Burada təminatımız var, ancaq bu nə Ukraynadakı işimizi, nə də həyatımızı əvəz edir. Xüsusən yaşlı insanlar üçün mühacir kimi yaşamaq çox çətindir".
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOHallştata doğru...
Adətən turistlər deyirlər ki, Zalsburqu gəzməyə 2-3 gün bəs edir. Amma tələbkar və zövqlü turistlər vaxtdan vaxt oğurlayıb təəssüratlarına Alp dağlarının ətəklərində yerləşən kəndlərin gözəlliklərini də qatırlar. Bizi qarşıda dünyanın ən gözəl kəndlərindən birinin – Hallştatın unudulmaz təəssüratları gözləyirdi...
Zalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTOZalsburq barədə faktlar sizi təəccübləndirəcək - FOTO/ oxu.az

Turizm     Baxılıb: 373   Tarix: 09 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən yeni xəbərlər axsam.az xeberler sonxəbərlər