Zamiq Hüseynovun xeyriyyə məqsədli konserti baş tutdu - FOTOLAR + VİDEO
Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında "Var ol" adlı konsert proqramı ilə çıxış edib.
Konsertdən öncə media nümayəndələrinin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini bildirib.
Azxeber.com xəbər verir ki, ifaçı konsert öncəsi çox həyəcanlı olduğunu etiraf edib: "Səhnənin hər anı həyəcanlıdır. Heydər Əliyev Sarayının səhnəsi arzularımın səhnəsidir".
Bu dəfə konsertinə çox az sayda sənət dostunu dəvət edən Hüseynov digərlərinin ondan inciməyəcəyini, bunu anlayışla qarşılayacaqlarını bildirib.
O, karantin məhdudiyyətlərinin tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırdığını deyib: "Bu günə qədər 20 illik səhnə fəaliyyətimdə Qarabağsız çıxış edirdim. Bu gün bütöv bir ölkənin, qalib ölkənin sənətçisi kimi sizin qarşısınızda çıxış edirəm. Bu gün konsertini ithaf ünvanı tamam fərqlidir. Sevincimin həddi hüdudu yoxdur. Artıq əsirlər boyu işğal altında olan Azərbaycanımızın 30 illik həsrətində olduğumuz Qarabağı işğaldan azad etdik. Bu sevinci bizə yaşadan qəhrəmanlarımızın önündə baş əyirik. Müzəffər ordumuzun gücü sayəsində cənab prezident Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımızın geri qaytrdışıq. Bu gün şərəflə deyirik Qarabağ Azərbaycandır. Gözün aydın Azərbaycan".
Konsertin əvvəlində Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıb.
Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.


Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər