Zaur Məmmədli: 'Sülh müqaviləsindən öncə paraflanmış sənəd imzalana bilər

Zaur Məmmədli: 'Sülh müqaviləsindən öncə paraflanmış sənəd imzalana bilərPolitoloq Zaur Məmmədli bu gün AZTV-də yayımlanan "Hədəf" verilişində Cənubi Qafqazda baş verən son proseslər və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, Zaur Məmmədli bildirib ki, regionda baş verən hadisələr və xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları təkcə bu iki ölkə üçün deyil, həm də regiona maraq göstərən və burada mövcudluğunu artırmağa çalışan xarici qüvvələr üçün də ciddi maraq doğurur. Onun sözlərinə görə, bu maraq təkcə müşahidə ilə bitmir, eyni zamanda arxa planda ciddi mübarizə də gedir və bunun əlamətləri həm Azərbaycanda, həm də Ermənistanda görünməkdədir.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin son çıxışında bu istiqamətdə bir neçə önəmli məqama toxunulub. Onlardan biri Ermənistanla sülh prosesidir. Məmmədlinin sözlərinə görə, Cənubi Qafqazdakı geosiyasi vəziyyət, buradakı güc balansı və ölkələrin təsir imkanları, əsasən, Azərbaycan-Ermənistan arasındakı sülh prosesindən asılı olacaq.
"İki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan və bu nailiyyətlərin öz milli təhlükəsizliklərinə təhdid olduğunu düşünən qüvvələr də var. Hətta elə ölkələr mövcuddur ki, bu məsələdə daxilində fikir ayrılığı yaşanır – bir dövlət rəsmisi bir açıqlama verir, digər qurum isə tam əksini bildirir," – deyə o qeyd edib.
Politoloq bildirib ki, artıq Azərbaycan və Ermənistan liderləri arasında keyfiyyətli görüş keçirilib və bunun nəticəsi olaraq hər iki tərəfin işçi qrupları sülh müqaviləsi, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası üzərində işləyir.
"Sülh müqaviləsinə gəldikdə, artıq martın 13-də sənədin maddələri ilə bağlı ümumi razılıq əldə olunub. Bu, tarixi bir fürsətdir. Çünki iki ölkə ilk dəfə olaraq gələcəyə dair yanaşmalarda ortaq məxrəcə gəlib. Amma hələ də Ermənistan komissiyası dəyişdirilməyib və Minsk Qrupu ilə bağlı yekun mövqe ortaya qoyulmayıb," – deyə o vurğulayıb.
Məmmədlinin sözlərinə görə, tərəflər hazırda sülh müqaviləsindən öncə paraflanmış sənədin imzalanmasını da istisna etmirlər və bu, yaxın zamanlarda baş verə bilər. Çünki Ermənistanda daxili vəziyyət dəyişə, hakimiyyət dəyişikliyi baş verə bilər və bu, xarici siyasətdə də yeni manevrlərə yol aça bilər.
Zaur Məmmədli əlavə edib ki, paraflanmış sənəd hər iki tərəf üçün qazanclı yol kimi görünür. Zəngəzur dəhlizi ilə bağlı da tərəflər arasında ümumi razılıq var. Hal-hazırda texniki detallar və xarici imkanlardan istifadə məsələləri üzərində iş aparılır.
Sonda politoloq qeyd edib ki, coğrafi baxımdan kiçik olan ölkələr üçün sülhə nail olmaq və böyük layihələrə imza atmaq asan deyil: "Çünki onlara təsir göstərməyə çalışan, maliyyə və siyasi gücə malik çoxsaylı xarici qüvvələr mövcuddur."
Oksana Orucova

Siyasi       Tarix: 21 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri sonxəbər cəbhədən xəbər en sonxeber