Zaxarova bu ölkənin baş nazirinin sözlərini ƏLƏ SALDI
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Danimarkanın baş naziri Mette Frederiksenin "Telegram" kanalında Ukraynada sülhün müharibədən daha təhlükəli olacağı ilə bağlı sözlərinə münasibət bildirib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
"Sağlamlıq xəstəlikdən daha təhlükəlidirmi? Mən bunu Kopenhagenlə aydınlaşdırmaq istərdim", – deyə diplomat yazıb.
Qeyd edək ki, Frederiksen bunu Kiyevə rəsmi səfəri zamanı deyib. Onun sözlərinə görə, bir çox insanlar sülh yolu ilə nizamlamanın və ya atəşkəsin yaxşı ideya olduğuna inanırlar, lakin Ukraynada sülhün "indi davam edən müharibədən daha təhlükəli olması" riski var.
Xatırladaq ki, fevralın 18-də Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Ukrayna üzrə danışıqlar baş tutub. 4,5 saat davam edən görüşdə Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili ilə bağlı müzakirələr aparılıb.
ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər. Rusiya və ABŞ görüşün nəticələrindən razı qalıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı