Zaxarova Putin-Tramp görüşünün pozulmasından danışdı
Zaxarova Putin-Tramp görüşünün pozulması ilə bağlı şayiələri "informasiya alveri" adlandırıb.
KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Diplomat bu məlumatı "müharibə tərəfinin əsl təbliğatı" kimi qiymətləndirib.
Xatırladaq ki, NBC News-un jurnalisti Garrett Haacke, Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla, ABŞ və Rusiya prezidentləri arasında Budapeştdə keçiriləcək sammitə hazırlıqların hazırda dayandırıldığını bildirib.
ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı məhsuldar olub.
Bununla belə, ABŞ prezidenti Donald Tramp hesab edir ki, tərəflər danışıqlara "irəli getmək" üçün kifayət qədər hazır deyillər.
Dəniz Pənahova
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib