Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Zəfər missiyamız Füzuli rayonundan başlanıbAzərbaycanın iri yaşayış məskənlərindən olan Füzuli rayonu inzibati ərazi vahidi kimi  1827-ci il  sentyabr ayının 10-da yaradılmışdır. İlkin adı Qarabulaq olmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli rayonunun ərazisi 1386 kvadrat kilometrdir. Füzuli rayonu Azərbaycanın İranla həmsərhəd olan rayonlarındandır.  Rayonun ərazisində axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
1993-cü il avqustun 23-də Füzuli rayonunun böyük hissəsi  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Füzulilər  öz doğma torpaqlarından məcburi köçkün düşərək  Azərbaycanın 50-dən çox rayon və şəhərlərində məskunlaşmışlar. Füzuli rayonundan 663 nəfər öz doğma torpaqlarını işğalçılardan azad edərək şəhidlik zirvəsinə ucalmışdır, 181 nəfər əsir və itkin düşmüş, 400 nəfərədək döyüşçü  isə sağlamlığını itirərək əlil olmuşdur.
Qədim insan məskənlərindən olan Füzuli rayonu işğaldan əvvəl tarixi-dini abidələr və türbələrlə zəngin bir ərazi olmuşdur. Füzuli şəhərindən cəmi 17 kilometr qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb.
Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. 
Erməni quldurlarının işğalından sonra demək olar ki, ilk olaraq hələ 1994-cü ildə  dahi insan, böyük siyasətçi, həmin dövrdə Azərbaycanın prezidenti olmuş Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
2020-ci il sentyabr ayının 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə  Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bizim uğurlu əməliyyatımız məhz Füzuli rayonundan başlamışdır. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi. Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq".
Tarixi torpaqlarımızı qısa müddətdə işğaldan azad edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil edilmişdir.
Lakin düşmən torpaqlarımızı tərk edərkən ərazilərimizə yüz minlərlə mina basdırmışdır.  Füzuli rayonu isə ən çox çirklənən ərazilərdən hesab olunur ki, cinayətkar ermənilər bu rayonun ərazisinə yüz mindən çox mina basdırıblar.
2020-ci il noyabrın 26-da "Füzulinin azad olunmasına görə" medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. 
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir".
Bu gün Qarabağ və ətraf rayonlarda tikinti-bərpa işləri davam etdirilir. Məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdırlar. Artıq minlərlə soydaşımız doğulub boya-başa çatdığı ata-baba torpaqlarında yaşayış yeri və işlə təmin olunub.
Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacağı nəzərdə tutulub. 
Abdulla Məmmədov
Vətən Müharibəsi şəhidi İlkin Məmmədovun atası, Abşeron rayon sakini / azxeber.com

Siyasi     Baxılıb: 128   Tarix: 17 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Si Cinpinlə Ukrayna və İran böhranını müzakirə etdi

ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Xi Jinping ilə telefon danışığı zamanı Ukrayna böhranı və İranla bağlı mövcud vəziyyəti müzakirə etdiyini açıqlayıb. xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər

Prezidentlərin görüşü yeni strateji mərhələnin simvoludur

02 fevral 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər edib. Azərbaycan Prezidentinin Əbu-Dabidə BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla ba

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür edib

"Bu çətin dövrdə Pakistanla həmrəyliyinizə görə təşəkkür edirik. Terrorizmə qarşı qətiyyətimiz sarsılmaz olaraq qalır".  xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İsha

Mirziyoyev: Azərbaycan və Ermənistan liderlərinin sülhə nail olmaq naminə səyləri mükafata layiqdir

Sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir. xəbər verir ki

İrana nə təklif olunacaq? – Razılaşma planının detalları açıqlandı

Qətər, Türkiyə və Misirdən olan vasitəçilər İran və ABŞ arasında cümə günü keçirilməsi planlaşdırılan danışıqlar üçün çərçivə sənədi hazırlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə məlumat yayıb. Təklif olunan plana əsasən

"Azərbaycan daim Pakistanın yanındadır

Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Azərbaycana səfəri zamanı Vensi o müşayiət edəcək

ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Ceyms Devid Vensi müşayiət edəcək. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasınd

Tokayev: Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir

Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.  xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nı

Vens bu tarixdə Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfəri 9–11 fevral tarixlərində baş tutacaq.  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, dövlə


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber sou xeberler bugun azerbaycanda son xeberler metbuat xeberleri