Zəhərlənmiş zehniyyət

Zəhərlənmiş zehniyyətZəhərlənmiş zehniyyət
Dünən maraqlı bir müsahibəni izlədim. Onu xüsusilə maraqlı edən jurnalistin peşəkarlığı, suallarındakı inadkarlıq idi. Hiss olunurdu ki, qaldırdığı mövzudan incəliklərinə qədər məlumatlıdır və ona görə də qonağından obyektiv cavablar almaq istəyində israrlıdır. Söhbət Almaniyanın DW nəşrinin jurnalisti Sara Kellinin Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyandan aldığı müsahibədən gedir.
26 dəqiqəlik müsahibənin doqquzuncu dəqiqəsində xanım jurnalist qonağına belə bir sual verir:
"Gəlin, bu vəziyyətin necə yaranması haqda danışaq. Mən bir il əvvələ qayıtmaq istərdim. Regiondakı gərginlik aylar idi ki, artırdı. Mən bir il əvvəl sizin baş nazirinizin verdiyi bəyanata qayıtmaq istərdim. O, Dağlıq Qarabağa, qeyd edim ki, statusu mübahisə mövzusu olan bir regiona gəlib Qarabağın Ermənistana birləşdirilməsi çağırışını edib. O, bu bəyanatı verib: "Qarabağ Ermənistandır və nöqtə". Bundan başqa, o, 80-90-cı illərdə Qarabağın Azərbaycandan ayrılması uğrunda ermənilərin apardıqları mübarizədə populyarlıq qazanan "regionun Ermənistana birləşdirilməsi" kimi millətçi şüarı səsləndirib çağırış edənləri də dəfələrlə dəstəkləyib.
Razısınızmı ki, bir il əvvəlki çıxış açıq-aydın təxribat idi? Əgər siz təkid etdiyiniz kimi, həqiqətən də sülh istəyirsinizsə, onda baş naziriniz niyə Qarabağa gedir və bu cür bəyanat verir?".
Ermənistanın baş diplomatı cavabına bu sözlərlə başlayır:
"İndi, indi icazə verin, o məsələyə qayıdım ki, Dağlıq Qarabağ məsələsi bizim həmvətənlərimizin fiziki varlığı məsələsidir..."
Erməni nazirin təkcə bu suala deyil, müsahibə boyunca digər suallara verdiyi cavablar da öz avantürist baş nazirinin siyasi ritorikasının faktiki təkrarı idi. Lakin Paşinyandan fərqli olaraq, Zöhrab Mnatsakanyan bunu bir az sivil şəkildə etməyə çalışırdı. Ola bilsin ki, onun daşıdığı ad və seçdiyi peşə buna şüuraltı təsirini göstərirdi. Bununla belə, sivil davranışı gözləməyə çalışan erməni nazir, jurnalistin haqlı sualları qarşısında kəkələməyə və çaşqınlığa faktiki məhkum edilmişdi. Qeyri-səmimilik, obyektiv cavablardan yayınmaq üçün diplomatik dolandırma, fikri yayındırmaq və vaxt uzatmaq cəhdləri öz yerində. Vaxt uzatmaq oyunu eynən Ermənistanın 30 il boyunca danışıqlarda etdiyi imitasiyanın mini təkrarına bənzəyirdi.
Ona görə də, diqqəti yalnız bir məqama xüsusi olaraq cəlb etmək istərdim:  jurnalistin də haqlı olaraq qeyd etdiyi kimi Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" təxribat xarakterli bəyanatı ilə Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağdakı ermənilərə xitabən həmvətənlərim deməsi arasında nə hüquqi, nə də terminaloji baxımdan heç bir fərq yoxdur. Əminliklə deyə bilərəm ki, bunların bu cür cəfəng, beynəlxalq hüquqa zidd olan ritorikalarının yeganə səbəbi sərsəm erməni xülyaları ilə yaşamaları, bununla da şüur və zehniyyətlərini zəhərləmələridir.
Tarix sübut edir ki, həmin xəstəliyin müalicəsi yoxdur. Bir-iki misal çəkim. Rusiyada, Krasnodarda doğulub orada yaşayan ermənilər kifayət qədərdir, bəlkə də onlar yerli əhalinin əksəriyyətini təşkil edirlər. Görəsən, erməni nazir Rusiya doğumlu və orada daimi yaşayan soydaşlarına həmvətənlərim deməyə cürət göstərə bilərmi? Göstərsə idi, Rusiya rəsmilərinin buna münasibəti necə olardı? Yaxud Amerikada, Kaliforniya doğumlu və orada yaşayan ermənilərə münasibətdə belə bir müraciət edilsə idi, ABŞ rəsmiləri bu ritorikanı diplomata bağışlayardılarmı? Eyni sualı ermənilərin doğulub kompakt şəkildə uzun illər boyu yaşadıqları Fransaya və digər ölkələrə də aid etmək olar. Bu cür xəstə təxəyyülün yalnız bir səbəbi var. Hətta Ermənistan rəsmiləri də özləri-özlərini uydurduqları cəfəng "tarixçəyə" inandıra biliblər. İnandırıblar ki, guya bunlar nə zamansa Nuhun gəmisində xilas olanlardandırlar. Elə ona görə də, onların təfəkküründə az qala bütün dünya "böyük Ermənistan" deməkdir. Necə ki, bizim musiqimizi öz musiqiləri kimi təqdim edirlər, mətbəximizi bütün dünyaya öz mətbəxləri kimi sırıyırlar, Qarabağı özlərininki hesab edirlər, eləcə də Fransanı və başqa məmləkətləri az qala artıq özününküləşdiriblər. Qarabağda tarixi və mədəni irsimizin Ermənistan tərəfindən bu illər ərzində qəsdən məhv edilməsi, xaricdən olan etnik ermənilərlə qanunsuz məskunlaşdırma siyasəti də yalnız bu məqsədə xidmət edib. Soydaş və həmvətən terminalogiyasının arasındakı fərqi Ermənistanın baş diplomatı elə bu səbəbdən görmək istəmir. Hələ də dərk etmir ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi  tanınır və onun Ermənistana tarixən, eləcə də de-yure heç bir aidiyyatı olmayıb, yoxdur və olmayacaq.
Burada qaranlıq olan bir məqam var. Əgər yüksək səviyyəli Ermənistan rəsmilərinin də zehniyyəti bu dərəcədə zəhərlənib və zədələnibsə, belələri ilə danışıqlardan hansısa səmərəni, konstruktivliyi gözləməyə dəyərmi? Təki bu yolla tarixi və hüquqi ədalət bərpa olunsun. Amma görünən odur ki, 30 il ərzində Ermənistan təmsilçiləri danışıqlarda nə ilə məşğul olublarsa, hələ də onu təkrarlamağa cəhd edirlər. Ona görə də, mənasız vaxt itkisinə oxşayır. Ermənistan kapitulyasiyaya razı olub, Azərbaycan torpaqları ilə bağlı bütün iddialarından əl çəkərsə, danışıqlar masasında ədalətli sənəd yalnız bu halda ərsəyə gələ bilər. Həmin sənədin adı Ermənistanın kapitulyasiya aktıdır. Xəstə təxəyyülə başqa cür son qoymaq, zənnimcə, mümkün deyil...
Bir daha təkrar edirəm. Allah Ali Baş Komandanımıza, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!
Milli Məclisin deputatı                                                        
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 01 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun son xeberler bugun son xeber 2026