Zelenski ABŞ-ın təzyiqləri barədə danışdı: "Sülh sazişi üçün vaxt çərçivəsi qoyulub"
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Ukrayna–Rusiya münaqişəsinin həlli ilə bağlı prosesə göstərdiyi təzyiqlər barədə açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-da noyabr ayında keçiriləcək aralıq seçkiləri Vaşinqtonda hakimiyyətin sülh sazişinin imzalanmasını sürətləndirmək istəyini artırır və bu, Prezident Donald Tramp administrasiyasına əlavə təzyiq yaradır.
Zelenski bildirib ki, Trampın komandası bütün zəruri danışıqların iyun ayına qədər yekunlaşdırılmasını təklif edib:
"ABŞ tərəfi bütün sənədlərin eyni vaxtda imzalanmasını istəyir. Bu prosesin tezliklə başa çatdırılması üçün konkret vaxt çərçivəsi müəyyən olunub".
Ukrayna liderinin sözlərinə görə, mümkün sülh razılaşması ölkə daxilində təsdiqlənməlidir:
"Ukrayna sülh təklifini ya parlament səsverməsi yolu ilə, ya da ümumxalq referendumu vasitəsilə təsdiqləməli olacaq".
Qeyd edək ki, son dövrlər ABŞ və beynəlxalq tərəfdaşlar Ukraynada müharibənin diplomatik yolla həllinə dair danışıqları sürətləndirməyə çalışır və Vaşinqtonun bu prosesdə rolu daha da aktivləşib. / konkret.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq