Zelenski addım atdı: Rusiya ilə sülh imzalanacaq?

Zelenski addım atdı: Rusiya ilə sülh imzalanacaq?Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarus istisna olmaqla, dünyanın istənilən nöqtəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. Bu barədə Ukrayna liderinin ofis rəhbəri Andrey Yermak Axios nəşrinə müsahibəsində məlumat verib.
Bəs, yaxın aylarda Rusiya və Ukrayna arasında real sülh razılaşması mümkündürmü?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, yaxın dövrdə iki ölkə arasında sülhün əldə olunması real görünmür:
Zelenski addım atdı: Rusiya ilə sülh imzalanacaq?"Hal-hazırda intensiv danışıqlar getsə də, ABŞ Prezidentinin Zelenski ilə Vaşinqtonda görüşü, ondan əvvəl Putinlə apardığı telefon danışığı müəyyən ümidlər yaratsa da, tərəflərin fərqli mövqeləri sülhün reallaşmasına mane olur."
Ekspertin sözlərinə görə, əsas problem Rusiyanın tələbləridir:
"Rusiya yalnız işğal etdiyi əraziləri deyil, həm də digər bölgələri tələb edir. Ukrayna isə öz ərazi bütövlüyündən güzəştə getmək niyyətində deyil və mübarizəni sona qədər aparmaqda qərarlıdır."
Oqtay Qasımov qeyd edib ki, hazırda danışıqlar əsasən Donald Trampın vasitəçiliyi ilə aparılır:
"Zelenski Putinlə istənilən formatda – ikitərəfli, üçtərəfli və ya beynəlxalq səviyyədə görüşməyə hazır olduğunu bildirib. Lakin bu, Rusiya və Belarus ərazisində baş tuta bilməz. Çünki hər iki ölkə Ukraynaya hücum edən tərəflərdir və düşmən siyahısında yer alır."
Siyasi şərhçi hesab edir ki, yaxın perspektivdə yalnız atəşkəs rejimi barədə danışmaq mümkündür:
"Hazırkı şəraitdə real sülhdən söhbət gedə bilməz. Yalnız atəşkəs mümkündür. Tramp Putinə və Zelenskiyə təklif edib ki, tərəflər atəşkəs elan etsin, bu, atəşkəs anlaşması ola bilər, amma sülh müqaviləsinə tərəflər hələ hazır deyillər."
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 son xeber 2026 bugünki xəbərlər axsam.az xeberler