Zelenski Ali Baş Qərargahın iclasını keçirdi
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Qərargahın iclasını keçirib.
KONKRET.azxəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.
O bildirib ki, toplantıda cəbhə xəttindəki, xüsusilə cənub istiqamətindəki durum müzakirə olunub.
İclasda, həmçinin bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə vəziyyətin sabitləşdirilməsi üçün prioritet tədbirlər müəyyən edilib: "Torpaqlarımızı işğalçılardan azad etməkdə davam edirik", – Prezident yazıb.
Bundan əlavə, iclas iştirakçıları enerji infrastrukturunun Rusiyanın hücumlarından qorunmasının gücləndirilməsi və düşmənin hücumu nəticəsində zədələnmiş obyektlərin bərpasına dair fikir mübadiləsi aparıblar. V.Zelenski əlavə edib ki, Ukrayna qışa mümkün qədər hazır olmalıdır: "Bunun üçün hər şey edilir".
Qeyd edək ki, Ukrayna noyabrın 11-də Xerson şəhərini Rusiya işğalından azad edib. Ukrayna ordusu şəhərə daxil olub.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü