Zelenski-Ərdoğan görüşünün PƏRDƏARXASI: Putinə qarşı plan, yoxsa...?
Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşün məhz indiki məqamda keçirilməsi bölgədə yeni siyasi proseslərin başlaya biləcəyi barədə suallar yaradıb.
Məsələ ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Azad Məsiyev bildirib ki, Rusiya–Ukrayna münaqişəsi artıq qlobal siyasi və iqtisadi sistemi ciddi şəkildə sarsıdıb:
"Bu münaqişəni başda ABŞ olmaqla Qərb NATO bloku körüklədi. Nəticədə böyük problem yarandı və həmin problemi yaradanlar onu həll etmək gücündə deyil. Ukrayna da Qərb tərəfindən daim qızışdırılıb. Bu gün Qərbdən gələn sülh çağırışları Rusiya üçün məqbul deyil, çünki münaqişədə Qərb tərəfdir və tərəf olan dövlətlərin vasitəçilik iddiası məntiqə uyğun deyil", – o, deyib.
Məsiyevin sözlərinə görə, münaqişənin ilk günündən ABŞ və Avropa İttifaqı Türkiyəni prosesə cəlb etməyə çalışsa da, Ankara öz milli maraqlarını əsas götürərək neytral mövqedə qalıb:
"Türkiyə həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış münasibət saxlayır. İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin görüşünün keçirilməsi də Ankara təşəbbüsü ilə baş vermişdi. Türkiyə bu münaqişədə tərəf deyil və dəfələrlə sülh danışıqlarına ev sahibliyi edib", – siyasi şərhçi vurğulayıb.
O, qeyd edib ki, hazırkı mərhələdə vəziyyət daha kritikdir: Ukrayna ərazisinin 20-25 faizini itirib və tədricən daha çox itirir. Üstəlik, Qərbdən gələn hərbi və maliyyə dəstəyi əvvəlki kimi deyil:
"ABŞ Ukraynaya maliyyə ayırmır. Avropa da ciddi dəstək göstərmir. Bu şəraitdə Ukraynanın uzun müddət müharibəni davam etdirməsi çətindir. Rusiya hərbi üstünlüyə malik tərəfdir və onun şərtləri qəbul edilmədən sülhün əldə olunması mümkünsüzdür", – Məsiyev bildirib.
Siyasi şərhçiyə görə, məhz bu məqamda Zelenskinin Türkiyəyə səfəri təsadüfi deyil:
"Türkiyə Prezidentinin Rusiya lideri ilə şəxsi münasibətləri var. Putin dəfələrlə bəyan edib ki, Ərdoğan sözünün və imzasının sahibi olan liderdir.
Bu səbəbdən Ankara real vasitəçi kimi çıxış edə bilər və növbəti görüşlərin də Türkiyədə keçirilməsi mümkündür".
Məsiyev hesab edir ki, münaqişənin həlli üçün onu doğuran əsas səbəblər aradan qaldırılmalıdır. Bu baxımdan, Türkiyənin ədalətli mövqeyi və neytrallığı ona danışıqlarda xüsusi rol verir.
Nəticə olaraq, Zelenski–Ərdoğan görüşünün indiki həssas mərhələdə keçirilməsi təkcə ikitərəfli əlaqələrlə bağlı deyil, həm də Rusiya–Ukrayna münaqişəsində yeni diplomatik cəhdlərin başlaya biləcəyinin göstəricisi kimi qiymətləndirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib