Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər' - Niyaməddin Orduxanlı

Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər' - Niyaməddin Orduxanlı"Zelenski qəhrəman deyil, qəhrəman olsaydı, bu duruma düşməzdilər. Qəhrəman o şəxs ola bilərdi ki, o, xalqını müharibədən yayındırardı. Ukraynanın tam suverenliyini bərpa edə bilərdi".
Bu sözləri azxeber.com-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib.
O, qeyd edib ki, Zelenski qəhrəman olsaydı, ən azından Rusiya ilə normal münasibətləri inkişaf etdirərdi:
"O gərək Rusiya ilə normal münasibətlərini davam etdirərdi. Rusiya ilə Ukrayna eyni xalqlardır. İndi kiminsə baxışı ilə Zelenski qəhrəman kimi görünə bilər. Bu da normal bir haldır. Bu gün ərazi bütövlüyünün böyük hissəsinin itirilməsi, ölkədə milyondan artıq qaçqının olması, burada şəhərlər viran qalması, Ukraynanın 30-40 il geriyə düşməsi deməkdir".
N. Orduxanlı həmçinin qeyd edib ki, biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir:
"Azərbaycan bu müharibədə hər hansı bir iştirakçı tərəf deyil. Yəni bu, Rusiya ilə Ukrayna arasında gedən bir müharibədir. Bunlar da eyni kökənli xalqlardır. Azərbaycan ictimaiyyətinin münasibətinin birmənalı olması təbiidir. Ancaq biz unutmamalıyıq ki, Rusiya Azərbaycanın müttəfiq ölkəsidir. Orada da 3 milyona yaxın azərbaycanlı yaşayır. Onlar öz qazandıqlarını Azərbaycana, öz ailələrinə göndərirlər. Təbii ki, Ukrayna da Azərbaycan üçün strateji bir ölkədir, münasibətlərimiz çox yaxşıdır. Ancaq biz bir faktı unutmamalıyıq, Azərbaycan 44 günlük Vətən müharibəsi etdi, bu zaman biz Ukraynanın 5-10 nəfər vətəndaşını Ermənistanın əleyhinə fikir səsləndirmək kimi bir şeyin şahidi olduqmu? Yaxud da balaca bir Ermənistanla Ukraynanın münasibətlərinin pozulmasına şahidlik etdikmi? Yox.
O qeyd edib ki, Ukraynanın işğal olunmasının əleyhinədir: 
"Təbii ki, biz başqa ölkənin işğalının, zəbt olunmasının birmənalı şəkildə əleyhinəyik. 30 il separatçılıqdan əziyyət çəkən bir dövlət kimi separatçılığın əleyhinəyik. Ukraynanın da ərazi bütövlüyünün pozulmasına haqq qazandıra bilmərik. Mən inanmıram ki, Azərbaycanda bir nəfər olsun ki, çıxıb Ukraynanın ərazi bütövlüyünün pozulmasına haqq qazandırsın, olmaz. Bu, beynəlxalq hüquqa da ziddir. Ancaq biz bu məsələdə nə Rusiyanın, nə də Ukraynanın apardığı müharibənin yanında yer ala bilmərik. Biz də istəyərik ki, bu məsələ sülh yolu ilə həll olunsun".
Aydın Nuri 

Sosial       Tarix: 04 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi