Zelenski ruslarla "Azərbaycan variantı"na razılaşdı? 

Zelenski ruslarla Ukrayna savaşın bu mərhələsini uduzsa belə, bu qara tarix olmayacaq, zamanında bu qəhrəmanlıqları təkrar etmək istəyəcək nəsil də yetişəcək, onların intiqamı daha ağır olacaq…
KONKRET.az Müsavat-a istinadən xəbər verir ki, Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Putini Ukraynanın torpaqlarını işğal etmək planından vaz keçirmək mümkün olmur. Putin dediyindən dönmür və istədikləri ərazini tam ələ keçirməyənədək nə atəşkəsə, nə müharibəni bitirməyə razı olur.
ABŞ-nin Rusiyanın neft-qaz nəhənglərinə qarşı sanksiyalarının nəıticələrini yəqin ki, bir az gözləmək (Tramp 6 ay deyib) lazım gələcək, amma təhlilçilər də bu qənaətdədir ki, son sərt tədbirlər də müharibəni dayandırmayacaq.
Zelenski ruslarla Müharibənin davam etdiyi bu aylar ərzində ümumi rəyə görə, tərəflərdən biri öz resurslarını tam tükənənə qədər savaş davam edəcək. Dəfələrlə Ukraynanın Qərbin dəstəyi ilə müharibədə dönüş edə biləcəyi haqda iddialar da səslənib, amma Rusiya de-fakto yeni-yeni kəndləri, qəsəbələri ələ keçirməkdə davam edir. Son məlumatlara görə, indi əsas döyüşlər strateji Pokrovski uğrunda gedir.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev CNN telekanalında bildirib ki, Kiyev və Moskva Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirməyə yaxındırlar. Onun dediyindən belə nəticə çıxarmaq olar ki, Zelenski Rusiya ordusunun 1991-ci il sərhədlərinə qayıtması şərtindən vaz keçib, cəbhə xəttini "tanıyıb".
Zelenski ruslarla Qarabağın Azərbaycandan qoparılmasında da maraqlı tərəflər vardı, amma onların sayı çox deyildi. Ukraynada isə müharibəni həm də ona görə dayandırmaq olmur ki, savaş istəyən maraqlı tərəflər çoxdur. Bu maraqlı tərəflərin də əsas hədəfi Rusiyanın bu savaşda daha çox "qan itirməsidir". Rusiya isə sanki ya "qansız", ya da qanla bəslənən kimi davranmaqdadır, durmur… Ukrayna xalqının əzabları isə heç kimin vecinə deyil. Hətta "SSRİ-nin şinelindən" çıxmış bəzi ölkələr belə, bu savaşın uzanmasında öz maraqları olduğunu gizlətmirlər. Ehtimal edilir ki, Moskva Ukraynada işğalçı savaşı qazanacağı halda, dərhal "yeni SSRİ" yaratmaq, hətta bir neçə qonşu ölkələrə hücum edərək yeni ərazilər iştəhasına düşəcək. Ona görə də Rusiya Ukrayna bataqlığında nə qədər çox qalsa, o qədər yaxşıdır…
Rusiya isə ölkədə bir nəfərin beynində qurduğu planın qurbanı kimi görünür. İndi ölkədə hətta müharibə əleyhinə gitara dıqqıldadan küçə musiqiçilərini belə vətən xaini kimi həbsə atırlar. Obyektiv sorğulardan danışmaq mümkün deyil, amma bəzi mənbələr iddia edir ki, müharibəni ilk gündən dəstəkləməyən 30% olub, indi isə bu rəqəm artıb, amma bu barədə danışmaqdan və açıq mövqe bildirməkdən çəkinirlər. 35% Rusiya hakimiyyətinin mövqeyini müharibəni əvvəl gündən dəstəkləyir, bu rəqəm isə dəyişməz qalır. Rusiyalıların əksəriyyəti sülh danışıqlarının tərəfdarıdır.
Zelenski ruslarla Əgər Ukrayna nə vaxtsa işğala qarşı müqaviməti dayandırarsa, heç kim bu qərara görə Kiyevi qinaya bilməz. Əksinə, Ukrayna xalqı böyük silahlı gücə qarşı aylarla müqavimət göstərdiyinə, həm də təkcə müdafiə deyil, Rusiyanın hərbi sənayesinə, iqtisadiyyatına cavab zərbələri vurduğuna görə tarix səhifələrində xatırlanacaqlar.
Rusiya Ukraynanı ildırım sürəti ilə işğal etmək istəyirdi, amma buna nail olmadı. Əlbəttə, bu müqavimətin təşkilində Qərbin hərbi dəstəyinin əvəzsiz rolu olub. Amma işğala qarşı dayanan, torpaqlarının müdafiəsində qəhrəmanlıq göstərən xalqın xidmətlərini də kimsə dana bilməz. Ukrayna savaşın bu mərhələsini uduzsa belə, bu qara tarix olmayacaq, zamanında bu qəhrəmanlıqları təkrar etmək istəyəcək nəsil də yetişəcək, onların intiqamı daha ağır olacaq. Bunu biz yaşadıq, təəssüf ki, Birinci Qarabağ savaşında təkləndik, dövlətin zəif zamanında torpaqlarımızın işğalına qarşı lazımı müqavimət göstərə bilmədik.
Zelenski ruslarla Ukraynadakı müharibənin Azərbaycan variantı üzrə yekunlaşması haqda biz çoxdan yazırıq, bu yaxınlarda isə sabiq xarici işlər naziri Kuleba bu barədə danışmışdı. Yəni ən əvvəl itirilmiş qüvvələri bərpa etmək üçün atəşkəsdən zaman qazanmaq, güclənmək və bundan sonra ya diplomatik yollarla, ya da müharibə ilə əraziləri geri qaytarmağa hazırlaşmaq… Zamanında biz də dəfələrlə yazmışdıq ki, birincisi, əgər Ukraynanın dövlət rəhbərliyində Heydər Əliyev kimi təcrübəli lider oldsaydı, bu münaqişə heç vaxt baş verməzdi. İkincisi, Ukraynanın mütləq "nəfəs almağa" ehtiyacı var ki, heç olmasa dövlət ayaqda qala bilsin…

Siyasi       Tarix: 25 oktyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xabarlar son.xeber xeberler bu gun