Zelenski: "Trampı İranın bombalanması münasibətilə təbrik etdim – bu, uğurlu əməliyyat idi"

Zelenski: Haaqada keçirilən NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında xüsusi görüşə dair əlavə təfsilatlar yayılır.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Zelenski görüş barədə sosial media hesabında paylaşım edərək, Trampı "Yaxın Şərqdə uğurla həyata keçirilmiş bombalama əməliyyatı" münasibətilə təbrik etdiyini bildirib.
"Bu gün mən Trampı İranın bombalanması münasibətilə təbrik etdim: bu, uğurlu əməliyyat idi", – deyə Ukrayna lideri qeyd edib.
O bildirib ki, ABŞ-ın atdığı addımlar yalnız İranın nüvə proqramını deyil, eyni zamanda dron istehsalını da zəiflədib: "Vaşinqtonun bu əməliyyatı strateji baxımdan böyük nəticələr verə bilər. Biz vəziyyəti izləməyə davam edirik".
Zelenskinin paylaşımında daha bir diqqətçəkən detal Ukraynanın ABŞ-dan hava hücumundan müdafiə sistemləri almağa hazır olmasıdır. O bildirib ki, bu sistemlər şəhərlərin, dinc əhalinin, infrastrukturun və hətta kilsələrin qorunması üçün həyati əhəmiyyət daşıyır.
Ukrayna lideri həmçinin bildirib ki, ölkəsi bu sistemləri almağa və ABŞ-ın müdafiə sənayesini dəstəkləməyə hazırdır.
"Avropa bu prosesdə maliyyə dəstəyi göstərə bilər. Eyni zamanda, mümkün olan PUA-ların ortaq istehsalı məsələsini də müzakirə etdik – bir-birimizi gücləndirə bilərik", – deyə Zelenski əlavə edib.
"Putin qətiyyən qalib gəlmir" – cəbhədə real vəziyyət
Zelenski həmçinin Trampa Ukrayna cəbhəsindəki real vəziyyət barədə hesabat təqdim etdiyini bildirib. "Putin qətiyyən qalib gəlmir. Mən Trampa yerindəki vəziyyəti, faktlarla təqdim etdim", – deyə o bildirib.
Ukrayna Prezidenti həmçinin İstanbulda keçirilən texniki müzakirələr, əsir və meyit mübadiləsi barədə də Trampa məlumat verdiyini söyləyib:
"Rusiya öz ölü əsgərlərinin meyitlərini bizə verib. Biz hazırda onların kimliyini müəyyənləşdirmək üçün Kiyevdə ekspertizalar aparırıq".
Zelenski sonda Trampa göstərdiyi dəstəyə və "xalqımıza deyilən xoş sözlərə" görə təşəkkür edib: "İrəlidə birlikdə daha çox işlər görəcəyik. Əməkdaşlıq davam edəcək".

Siyasi       Tarix: 26 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun sonxeber.az sonxabar valyuta mezennesi 2026